Müasir yazarlara “çörək verən” kişi öldü

Müasir yazarlara “çörək verən” kişi öldü
12 sentyabr 2019
# 11:11

Vaxtı ilə yazarların toplaşdığı, “Şirzad kafesi”nin sahibi Şirzad dünyasını dəyişib.

Kulis.azın verdiyi xəbərə görə, “Araz” kinoteatrının zirzəmisində yerləşən kafe müstəqillik dövrü yazarların ən çox yığışdığı məkan idi. Təsadüfi deyil ki, həmin dövrdə yazılan əsərlərdə, yazılarda Şirzadın, kafenin adı dəfələrlə çəkilmiş və obraza çevrilmişdi. Yazarlar arasında belə bir söz də dolaşırdı: “Biz Şirzadın kafesindən çıxmışıq”.

Xatırladaq ki, kafe “Araz” kinoteatrı təmir edildiyi vaxt sökülmüş və başqa yerə köçürülmüşdü.

Allah rəhmət eləsin!

# 3450 dəfə oxunub

Müəllifin son yazıları

# # #