Heydər Əliyevin qoruduğu şuşalı: "Azər­­bay­­can xal­­qı­­nın “türk” adı özü­­nə qay­ta­rıl­ma­lı­dır"

Heydər Əliyevin qoruduğu şuşalı:  "Azər­­bay­­can xal­­qı­­nın “türk” adı özü­­nə qay­ta­rıl­ma­lı­dır"
20 oktyabr 2023
# 15:00

Bu gün musiqişunas, tədqiqatçı Firudin Şuşinskinin doğum günüdür.

Kulis.az Aslan Kənanın musiqişunas, tədqiqatçı Firudin Şuşinski haqqında yazısını təqdim edir.

XX əsrin görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski 1925-ci il­­də Azərbaycanın gözəl guşəsi olan Şuşa şəhərində anadan olmuşdu.

Bu adı ona əmi­­si Şə­­mil gör­­kəm­­li ədə­biy­yat­şü­nas, alim, ya­­zı­­çı-pub­­li­­sist, xa­­in əli ilə gül­lə­lən­­miş Fi­­ri­­dun bəy Kö­­çər­­li­­nin şə­­rə­­fi­­nə qo­­yub.

Fi­­ri­­dun Şuşinski uşaq­­lıq­­dan mu­­si­­qi­­nin vur­­ğu­­nu idi. Us­­­­tad sə­­nət­­kar­­­la­­­rın vaх­­­ta­­­şı­­­rı gə­­­lib-get­­­di­­yi bu ocaq­­­dan mu­­si­­qi sə­­­da­­­la­­­rı kə­­sil­­məz­­di. Bu sehr­­­li səs­­­lə­­­rin tə­­­si­­­ri­­­nə dü­­şən ba­la­ca Fi­­­ri­­­dun bə­­zən tay-tuş­­­la­­­rın­­­dan ay­­­rı­­­lıb, özü­­nü sa­­­kit bir gu­­­şə­­yə ve­­­rər və Cab­­­bar əmi­­nin oхu­­­duq­­­la­­­rı­­­nı pəs­­­dən züm­­zü­­­mə et­­­mək­­­dən yo­­­rul­­­maz­­dı. Gö­­rü­­nür, hə­­­min vaхt­lar­­­dan C.Qar­­yağ­­dı­­oğ­­lu onun qəl­­bi­­nə ha­­­kim kə­sil­miş­­­di. La­­­kin ona mə­­lum de­­yil­­di ki, qəl­­­bi­­­ni fəth et­miş bu us­­­tad sə­­­nət­­­kar­­­lar haq­­­qın­­­da ge­­cə­­­li-gün­­düz­­lü apa­­ra­­ca­­ğı araş­­­dır­­­ma­­­lar, ya­­za­­ca­­ğı mə­­­qa­­­lə­­­lər, nəşr et­di­rə­cə­­yi ki­­tab­­­lar bə­­­zi­ “sə­­nət­­kar­­lar” tə­­­rə­­­fin­­dən qıs­qanc­lıq­­­la qar­­­şı­­­la­­­na­­caq və on­­lar Fi­­ri­­dun bə­­yə mə­­­nə­­­vi zər­­­bə vur­­­maq­­­dan həzz ala­­caq­­­lar.

O, orta məktəbdə oxumaqla yanaşı, mu­­si­­qi mək­­tə­­bi­­ndə skripka dərsinə gedirdi.


F.Şu­­şins­­ki orta məktəbi başa vurduqdan sonra təh­­si­­li­­ni da­­vam etdirməyi qarşısına məqsəd qoyur. O sənədlərini Azər­­bay­­can Döv­­lət Uni­ver­si­te­ti­nin Ta­­rix fa­­kül­­tə­­si­­nə verir və qəbul olunur. Fit­­ri is­­te­­da­­dı və ba­­ca­­rı­­ğı­­na gö­­rə tezliklə mü­­əl­­lim və tə­­lə­­bə­­lə­­rin se­­vim­­li­­si­­nə çev­­ri­­lir.

1948-ci ilin may ayın­­da Ba­­kı­­nın ali mək­­təb­­lə­­ri­­nin bi­rin­­də el­­mi konf­­rans ke­­çi­­ri­­lir. El­­mi konf­­ran­­sa mü­­na­­si­­bət cid­­di ol­­du­­ğun­­dan təş­­ki­­lat ko­­mi­­tə­­si­­nə Hey­­dər Hü­­sey­­nov, Ab­­dul­­la Qa­­ra­­yev, Mi­­rə­­li Qaş­­qay, Mə­­həm­­məd Əfən­­di­­yev, Meh­­di bəy İrə­­vans­­ki, Zül­­fə­­li İb­­ra­­hi­­mov, Əli Sul­­tan­­lı, Cə­fər Xən­­dan, Sə­­məd Vur­­ğun, Qa­­sım Cə­­fə­­roğ­­lu ki­­mi alim­­lər da­­xil idi. Fi­­ri­­dunun möv­­zu­­su “Va­­qif və Qa­­ra­­bağ” idi.

Möv­­zu­­lar­­la ta­­nış olan təş­­ki­­lat ko­­mi­­tə­­si­­nin üz­­vü, şa­ir Səməd Vurğun öz çı­­xı­­şın­­da Fi­­ri­­du­­nun yaz­­dı­­ğı mə­­ru­­zə­­ni tə­­rif­­lə­­yir və əsə­­rin ən yük­­sək qiy­­mə­­tə la­­yiq ol­­du­­ğu­­nu bil­di­rməklə yanaşı, müəllifə məruzənin adını “Vaqif bir dövlət xadimi kimi” adlandırmasını məsləhət bilir. Ses­­si­­ya­­nın son ic­­la­­sın­­da el­­mi ka­­tib Mi­­rə­­li Qaş­­qay mə­ru­­zə­­nin bi­­rin­­ci ye­­rə la­­yiq gö­­rül­­dü­­yü­­nü elan edir. Hə­­min mə­­ru­­zə Sə­­məd Vur­­ğu­­nun gös­­tə­­ri­­şi ilə nəşr olu­­nur. Bu­­nun­­la da “Va­­qif bir döv­­lət xa­­di­­mi ki­­mi” əsə­­ri Fi­­ri­­du­­nun ilk mət­­bu ya­­zı­­sı olur.

F.Şu­­şins­­ki ali mək­­tə­­bi bi­­ti­­rən­­dən son­­ra bir müd­­dət Ağ­­dam­­da mü­­əl­­lim­­lik edir. Son­­ra Ba­­kı­­ya gə­­lir. 1953-1954-ci il­­lər­­də 61 və 45 nöm­­rə­­li or­­ta mək­­təb­­lər­­də di­­rek­­tor və­zi­fə­­sin­­də iş­­lə­­yir. Da­­ha son­­ra Ba­­kı şə­­hər 1 say­­lı fəh­­lə-gənc­lər mək­­tə­bin­­də ta­­rix fən­­nin­­dən dərs de­­yir, yer­­li ko­mi­­tə­­nin səd­­ri olur.

Uni­­ver­­si­­tet il­­lə­­rin­­də ol­­du­­ğu ki­­mi Firidunu ar­xiv­­lər­­də, ki­­tab­­xa­­na­­lar­­da araş­­dır­­ma apar­­maq ar­­zu­­su sa­­kit bu­­rax­­mır­­dı. Xü­­su­­sən, onu ən çox cəlb edən Azər­­bay­­can mu­­si­­qi ta­­ri­­xi­­ni araş­­dır­­maq idi.

Bu­­nun­­la da F.Şu­­şins­­ki ma­a­­rif sa­­hə­­sin­­dən uzaq­la­şa­raq üzü­­nü mu­­si­­qi­­mi­­zin təd­­qi­­qi­­nə çe­­vir­­di. O, nə­in­­ki Azər­­bay­­ca­­nın, hət­­ta SSRİ-nin (MDB-nin) bir çox şə­­hər­­lə­­rin­­də təd­­qi­­qat işi apar­­maq­­la Azər­­bay­­can mu­­ğam ta­­ri­­xi­­nin açıl­­ma­­mış sə­­hi­­fə­­lə­­ri­­ni və­­rəq­­lə­­mə­­yə baş­­la­­dı. Bu mə­­qa­­lə­­lər “F.Mə­­həm­­mə­­doğ­­lu”, “F.Hə­­sə­­nov”, “Fi­ri­dun Hə­­sə­­nov”, “Fi­­ri­­dun Şu­­şins­­ki”, “F.Şu­­şins­­ki”, “Fi­ri­­dun Şu­­şa­­lı”, “Fi­­ri­­dun bəy Şu­­şa­­lı” im­­za­­la­­rı ilə dərc olu­­nur­­du. O, mət­­bu­­at alə­­min­­də “Şu­­şins­­ki” ki­­mi ta­­nın­­sa da, öm­­rü­­nün son­­la­­rın­­da mə­­qa­­lə­­lə­­ri “Şu­­şa­­lı” im­­za­­sı ilə dərc edi­­lir­­di.

Qa­­ra­­ba­­ğın ta­­cı Şu­­şa­­nın fü­­sun­­kar gö­­zəl­­li­­yi­­nə, məf­tune­­di­­ci tə­­bi­ə­­ti­­nə ki­­fa­­yət qə­­dər mə­­qa­­lə, iri­­həcm­­li əsər­­lər ya­­zıl­­mış, şe­­ir­­lər, mah­­nı­­lar qo­­şul­­muş­­du. F.Şu­şins­ki­­nin Şu­­şa haq­­qın­­da yaz­­dı­­ğı əsə­­ri isə hə­­min ya­zı­­lan­­lar­­dan fərq­­lə­­nir. Onun bu əsə­­ri uzu­­nil­­lik ya­ra­dı­cı­lıq ax­­ta­­rış­­la­­rı­­nın nə­­ti­­cə­­sin­­də ya­­ran­­mış­­dı. O, alt­mı­­şın­­cı il­­lə­­rin axır­­la­­rın­­da tez-tez Tif­­li­­sə, Mosk­­va­­ya, Le­ninq­­ra­­da (in­­di­­ki Sankt-Pe­­ter­­burq) ge­­dər, ar­­xiv sə­nəd­lə­­ri ilə ta­­nış olar və araş­­dır­­ma­­lar apa­­rar­­dı. Çox za­man Azər­­bay­­can mu­­si­­qi­­si­­nə aid olan qiy­­mət­­li sə­nəd­lə­ri müx­­tə­­lif yol­­lar­­la və öz he­­sa­­bı­­na ar­­xiv­­lər­­dən və ya­­xud ay­­rı-ay­­rı şəxs­­lər­­dən alar­­dı.

Şu­­şa­­nın ta­­ri­­xi­­ni ge­­niş, əha­­tə­­li şə­­kil­­də araş­­dır­­maq təd­­qi­­qat­­çı­­nın ən bö­­yük is­­tə­­yi idi. O bu vü­­qar­­lı qa­­la­­nın əzm­­li­­li­­yi, ba­­sıl­­maz­­lı­­ğı ilə fəxr edir­­di. Di­­gər tə­­rəf­­dən isə mən­­fur er­­mə­­ni­­lə­­rin Şu­­şa­­da və onun ət­­raf böl­­gə­­lə­­rin­­də han­­sı ta­­ri­­xi sə­­bəb­­dən məs­­kən sal­­ma­­la­­rı hə­­mi­­şə F.Şu­şinski­­ni dü­­şün­­dür­­müş və bu­­nu ay­­dın­­laş­­dır­­ma­­ğa ça­lış­­mış­­dı. Bu­­nun nə­­ti­­cə­­si idi ki, mü­­əl­­lif hə­­lə uni­ver­si­tet­də təh­­sil al­­dı­­ğı il­­lər­­də doğ­­ma Şu­­şa­­nın ta­­ri­­xi haq­­qın­­da sə­­nəd­­lər top­­la­­maq üçün döv­­lət­­dən heç bir ma­liy­­yə yar­­dı­­mı al­­ma­­dan SSRİ-nin bir sı­­ra şə­­hər­­lə­­ri­­nin ar­­xiv­­lə­­rin­­də, mu­­zey­­lə­­rin­­də təd­­qi­­qat­­lar apar­­mış­­dı. Azər­bay­­ca­­na aid olan bir çox sə­­nəd­­lə­­ri ay­­rı-ay­­rı şəxs­lər­dən əl­­də edən, bü­­tün çə­­tin­­lik­­lə­­rə si­­nə gə­­rə­­rək ge­cə-gün­­düz gər­­gin iş­­lə­­yən Fi­­ri­­dun bəy məhz bu ki­­ta­­ba gö­­rə gə­­lə­­cək­­də onu nə­­lər göz­­lə­­yə­­cə­­yi­­ni dü­­şün­­mür­­dü. Hə­­lə mə­­lum de­­yil­­di ki, ke­­çir­­di­­yi yu­­xu­­suz ge­­cə­­lə­­rin mü­qa­­bi­­lin­­də “Şu­­şa” bir tə­­rəf­­dən ona şöh­­rət gə­­ti­­rə­­cək­­sə, di­­gər tə­­rəf­­dən onu uzun müd­­dət tə­­qib­­lə­­rə mə­­ruz qo­ya­caq.

F.Şu­­şins­­ki nə­­ha­­yət 1962-ci il­­də qüd­­rət­­li sə­­nət­­kar­­lar məs­­kə­­ni olan Şu­­şa şə­­hə­­ri haq­­qın­­da yaz­­dı­­ğı əsə­­ri­­ni nəşr et­­di­­rir. Azər­­bay­­can ədə­­biy­­ya­­tı ta­­ri­­xin­­də mü­­hüm bir ha­­di­­sə­­yə çev­­ri­­lən “Şu­­şa” ki­­ta­­bı rus di­­li­­nə tər­­cü­­mə edi­lə­nə qə­­dər oxu­­cu­­lar, ta­­rix­­çi­­lər tə­­rə­­fin­­dən təq­­dir olun­muş, əsə­­rə yük­­sək qiy­­mət ve­­ril­­miş­­di. Bu ta­­ri­­xi əsər ar­­tıq əl-əl gəz­­mə­­yə baş­­la­­mış­­dı.

“Şu­­şa” 1968-ci il­­də rus di­­li­­nə tər­­cü­­mə edi­­lən­­dən son­­ra mü­­əl­­lif ki­­ta­­bın bir nüs­­xə­­si­­ SSRİ Ali So­­ve­­ti Rə­ya­sət He­­yə­­ti­­nin üz­­vü və SSRİ Ali So­­ve­­ti­­nin de­­pu­­ta­­tı olan daş­­nak Anas­­tas İva­­no­­viç Mi­­ko­­ya­­nın əlinə keçir. Əsə­­ri oxu­­yan­­dan son­­ra Mi­­ko­­yan Mosk­­va­­da və­­zi­­fə­­də otu­­ran bir qrup er­­mə­­ni ilə bir­­gə “Şu­­şa” əsə­­ri­­nə gö­­rə res­pub­­li­­ka­­nın rəh­­bər­­li­­yin­­dən F.Şu­­şins­­ki­­nin cə­za­lan­dı­rıl­ma­­sı üçün cid­­di təd­­bir gö­­rül­­mə­­si­­ni tə­­ləb edir. Sə­­bəb isə Azər­bay­­can xal­­qı­­nın qa­­tı düş­­mən­­lə­­ri, daş­­nak par­ti­ya­sı­nın kö­­pək­­lə­­rin­­dən olan ge­­ne­­ral And­­ro­­nik, Dro, Nej­­de, Te­­van və baş­­qa­­la­­rı­­na qar­­şı F.Şu­­şins­­ki­­nin sərt və ba­­rış­­maz möv­­qe­­yi idi. Bu­­nun­­la da ki­­tab bö­­yük hay-kü­­yə sə­­bəb olur.

Ağ­­rı­­dı­­cı hal­­dır ki, Azər­­bay­­can xal­­qı­­nın çö­­rə­­yi­­ni ye­yib, ta­­ri­­xi­­nə lə­­kə vu­­ran, onu təh­­qir et­­mək­­dən xə­­ca­­lət çək­­mə­­yən, na­­dü­­rüst, də­­lə­­duz Zo­­ri Ba­­la­­yan “Ocaq” ad­­lı if­­ti­­ra do­­lu ki­­ta­­bı­­nı nəşr et­­di­­rən­­də nə­­dən­­sə bi­­zim “zi­ya­lı­la­­rı­­mız” bu­­na heç bir re­­ak­­si­­ya ver­­mə­­miş, eti­raz­la­rı­­nı bil­­di­­rən­­lər isə sus­­du­­rul­­muş­­du. Bu­­nun mü­qa­bi­­lin­­də də hə­­min er­­mə­­ni də­­lə­­du­­zu Er­­mə­­nis­­ta­­nın qəh­­rə­­ma­­nı ki­­mi təq­­dir olun­­muş­­du. La­­kin gü­­nah­­sız qan­lar tök­­müş, si­­ma­­sız­­lıq­­da ad qa­­zan­­mış türk dün­ya­sı­nın qa­­tı düş­­mən­­lə­­ri – ge­­ne­­ral And­­ro­­nik, Dro, Nej­­de, və Te­­va­­nın qul­­dur dəs­­tə­­lə­­ri­­nə qə­­zə­­bi­­ni giz­lət­mə­yən Fi­­ri­­dun bə­­yə qar­­şı “sə­­lib yü­­rü­­şü” et­­miş­­di­­lər.

F.Şuşinski “Şuşa” kitabında türk xalqının qatı duşməni Andronikə öz nifrətini kəskin şəkildə bildirməkdə məqsədi, Şuşa şəhərinin ermənilər tərəfindən ələ keçməsi qorxusu idi.

Mü­­əl­­li­­fin eyni zamanda bu sə­­tir­­lə­­ri yaz­­maq­­da məq­­sə­­di hə­­min ərə­fə­­lər­­də And­­ro­­ni­­kin İrə­­van­­da hey­­kə­­li­­ni qoy­­ma­­ğa ha­zır­­la­­şan­­la­­ra qar­­şı bir eti­­raz sə­­si idi. Bu­­nun mü­qa­bi­lin­də özü­­mü­­zün­­kü­­lər ya­­zı­­la­­rı­­na qa­­da­­ğa qo­­yub, F.Şu­­şins­­ki­­yə “xalq düş­­mə­­ni” adı ve­­rə­­rək onun mə­sə­lə­si­ni Mər­­kə­­zi Ko­­mi­­tə­­nin ple­­nu­­mu­­na çı­­xar­­ma­­ğa mü­­vəf­­fəq ol­­muş­­du­­lar. Ple­­nu­­ma qo­­yu­­lan mə­­sə­­lə­­də gös­tə­ri­­lir ki, Fi­­ri­­dun Şu­­şins­­ki Andro­­ni­­ki if­­şa et­­mək­­lə, gu­ya, mil­­lət­­lə­­ra­­ra­­sı əda­­və­­ti qı­­zış­­dı­­rır və ona gö­­rə də “Şu­şa” ki­­ta­­bı­­nın bü­­tün ti­­ra­­jı məhv edil­­mə­­li­­dir.

“Şu­­şa” ki­­ta­­bı­­na gö­­rə Fi­­ri­­dun Şu­­şins­­ki uzun müd­­dət tə­­qib­­lə­­rə, tən­­qid­­lə­­rə, if­­ti­­ra­­la­­ra mə­­ruz qa­­lan­­da on­­la­­rın qar­­şı­­sı­­nı Ümu­­mil­­li li­­der Hey­­dər Əli­­yev al­­dı. “Qə­­tiy­­yə­­tin tən­­tə­­nə­­si” əsə­­rin­­də Ulu ön­­də­­rin 1968-ci il­­də nəşr olun­muş “Şu­­şa” ki­­ta­­bı haq­­qın­­da fik­­ri da­­ha ma­­raq­­lı­­dır:

“...He­­sab edi­­rəm ki, res­­pub­­li­­ka­­ya rəh­­bər­­lik elə­­di­­yim müd­­dət­­də də Qa­­ra­­ba­­ğın in­­ki­­şa­­fı üçün az iş gör­­mə­­mi­­şəm. Xü­­su­­si­­lə, Şu­­şa­­ya çox fi­­kir ve­­rir­­dim. 70-ci il­­lə­­rin əv­­vəl­­lə­­rin­­də biz Şu­­şa­­nın da­­ha da in­­ki­­şaf et­­di­­ril­­mə­­si haq­­qın­­da xü­­su­­si qə­­rar qə­­bul elə­­dik. Xa­­ti­­rim­­də­­dir, mən hə­­lə MK-nın bi­­rin­­ci ka­­ti­­bi se­­çil­­di­­yim ərə­­fə­­də Şu­­şa haq­­qın­­da bir ki­tab çıx­­mış­­dı. Səhv elə­­mi­­rəm­­sə, mü­­əl­­li­­fi Fi­­ri­­dun Şu­şins­ki idi. Bu ki­­ta­­bı çox gö­­züm­­çıx­­dı­­ya sal­­mış­­dı­­lar. Xü­su­­sən, er­­mə­­ni­­lər. Tə­­əs­­süf­­lər ki, Ba­­kı­­da olan zi­­ya­­lı­­lar da bu ki­­ta­­bın qə­­ti əley­­hi­­nə çıx­­mış­­dı­­lar. Mə­­nə hə­­min ki­ta­bı çat­dır­dı­lar. Oxu­­dum, gör­­düm ki, ki­­tab yax­­şı ki­tab­dı. Düz­­dür, mü­­əl­­lif­­lə ta­­nış de­­yil­­dim, an­­caq ki­­tab yax­­şı ya­zıl­mış­­dı... Nə isə, mən o za­­man er­­mə­­ni­­lə­­rin hü­cu­mu­nun qa­­ba­­ğı­­nı al­­dım. Be­­lə­­lik­­lə də, hə­­min ki­­ta­­bın ta­­le­­yi müs­­bət həll edil­­di və Azər­­bay­­can­­da bu ki­­ta­­ba qar­­şı olan qey­­ri-sağ­­lam əh­­va­­li-ru­­hiy­­yə ta­­ma­­mi­­lə da­­ğıl­­dı”.

Be­­lə­­lik­­lə Ümum­­mil­­li li­­de­­ri­­mi­­zin gös­­tə­­ri­­şi ilə bu qey­­rət­­li təd­­qi­­qat­­çı-ali­­min tə­­qib olun­­ma­­sı­­na son qo­­yul­­du. Son­­ra­­lar Fi­­ri­­dun bəy eti­­raf edir­­di ki, Hey­­dər Əli­­yev ol­ma­­say­­dı, bu qar­­ğa-quz­­ğun­­lar, az qa­­la onun də­­ri­­si­­ni so­ya­­caq­­dı­­lar.

Sək­­sə­­nin­­ci il­­lə­­rin so­­nun­­da SSRİ-nin bi­­rin­­ci və so­nun­cu pre­­zi­­den­­ti M.S.Qor­­ba­­çov Qa­­ra­­bağ­­la bağ­­lı Mosk­va­­da ple­­num ça­­ğı­­rır. Ple­­num­­dan əv­­vəl o, Azər­bay­can Kom­­mu­­nist Par­­ti­­ya­­sı Mər­­kə­­zi Ko­­mi­­tə­­si­­nin bi­­rin­­ci ka­­ti­­bi ol­­muş Əb­­dür­­rəh­­man Və­­zi­­rov­­dan “er­­mə­­ni mü­­əl­­li­­fi Zo­­ri Ba­­la­­ya­­nın Qa­­ra­­bağ haq­­qın­­da əsə­­ri var, bəs si­­zi­­n?”–– so­­ruş­­muş­­du. Ka­­tıb öy­­rə­­nir ki, Azər­­bay­­can­­da da be­­lə bir əsər ya­­zı­­lıb və mü­­əl­­li­­fi də Fi­­ri­­dun Şu­­şins­­ki­­dir.

Ə.Və­­zi­­rov əsə­­ri əl­­də et­­mək üçün apa­­ra­­tın mə­­sul şəxs­­lə­­rin­­dən bi­­ri­­ni Fi­­ri­­dun bə­­yin ya­­nı­­na gön­­də­­rir.

Mü­­əl­­lif ilk ön­­cə ki­­ta­­bı ver­­mək­­dən im­­ti­­na edir, la­­kin son­­ra bi­­lən­­də ki, Mosk­­va­­da Qa­­ra­­bağ mə­­sə­­lə­­si­­nə ba­­xı­­la­­caq, o za­­man özün­­də olan son nüs­­xə­­ni ver­­mək qə­­ra­­rı­­na gə­­lir.

Ba­­kı­­da “Mu­­ğam mər­­kə­­zi” ya­­rat­­maq və Cab­­bar Qar­­yağ­­dı­­oğ­­lu­­nun adı­­nı əbə­­di­­ləş­­dir­­mək F.Şu­­şin­­ki­­nin ən bö­­yük ar­­zu­­su idi. Bu­­nun­­la əla­­qə­­dar o, bö­­yük mü­ğən­ni­nin 100 və 125 il­­lik yu­­bi­­ley­­lə­­ri­­ni ke­­çir­­mək üçün 1961-ci il fev­­ral ayı­­nın 14-də Azər­­bay­­can KP MK ka­­ti­­bi ol­­muş Na­­zim Ha­­cı­­ye­­və, son­­ra­­lar Azər­­bay­­can KP MK-nin bi­­rin­­ci ka­­ti­­bi Kam­­ran Ba­­ğı­­ro­­va və mə­­də­­niy­­yət na­­zi­­ri Za­kir Ba­­ğı­­ro­­va mü­­ra­­ci­­ət et­­mə­­si­­nə bax­­ma­­ya­­raq, bu mə­sə­lə ba­­rə­­də heç bir əmə­­li təd­­bir gö­­rül­­mə­­miş­­dir. 1985-ci il­­də F.Şu­­şinski bu ba­­rə­­də ya­­zır­­dı:


“... İfa­­çı­­lıq sə­­nə­­tin­­də­­ki xo­­şa­­gəl­­məz “mən­­zə­­rə­­lə­­rin” ya­ran­­ma­­sı­­nın bir sə­­bə­­bi də odur ki, biz­­də elə bir klub, məc­­lis, yı­­ğın­­caq ye­­ri yox­­dur ki, iş­­dən son­­ra ora­­ya yı­­ğı­­şıb po­e­­zi­­ya­­dan, mu­­si­­qi­­dən, ifa­­çı­­lıq sə­­nə­­ti­­nin bir çox prob­lem­­lə­­rin­­dən bəhs edə­­sən, oxu­­yub-ça­­la­­na qu­­laq asıb fi­­kir mü­­ba­­di­­lə­­si apa­­ra­­san. Ya­­xın vaxt­­lar­­da “Mu­­ğam sa­ra­yı”, “Mu­­ğam evi”, “Mu­­ğam klu­­bu” və s. mu­­si­­qi ocaq­­la­­rı­­nın ya­­ran­­ma­­sı haq­­qın­­da söz-söh­­bət ge­­dir, la­­kin nə­­dən­­sə hə­­lə­­lik sam­­bal­­lı bir şey yox­­dur. Şüb­­hə­­siz ki, əgər şə­­hər­­də “Mu­­ğam sa­­ra­­yı” ya­­ra­­dı­­lar­­sa, bu, mil­­li mu­si­qi­­miz üçün bö­­yük fay­­da ve­­rər­­di”.

Bə­­li, hə­­min gün gəl­­di. 2005-ci il­­də Res­­pub­­li­­ka­­nın Bi­rin­­ci vit­­se-pre­­zi­­den­­ti, Hey­­dər Əli­­yev Fon­­du­­nun Pre­zi­den­­ti Meh­­ri­­ban xa­­nım Əli­­ye­­va­­nın rəh­­bər­­li­­yi ilə mu­ğam us­­ta­­la­­rın­­dan iba­­rət də­­yir­­mi ma­­sa ke­­çi­­ri­­lir. Bu­ra­da, res­­pub­­li­­ka­­mı­­zın pay­­tax­­tın­­da Bey­­nəl­­xalq Mu­­ğam Mər­­kə­­zi­­nin ya­­ra­­dıl­­ma­­sı qə­­ra­­ra alı­­nır. 2006-cı ilin ap­­rel ayı­­nın 6-da Pre­­zi­­dent İl­­ham Əli­­yev cə­­nab­­la­­rı Ba­­kı­­da Bey­nəl­­xalq Mu­­ğam Mər­­kə­­zi­­nin ya­­ra­­dıl­­ma­­sı haq­­qın­­da sə­rən­­cam im­­za­­la­­yır. Tez bir za­­man­­da Ba­­kı­­da Bey­­nəl­­xalq Mu­­ğam Mər­­kə­­zi­­nin la­­yi­­hə­­si tər­­tib edi­­lir.

Hə­­min il­­dən də Hey­­dər Əli­­yev Fon­­du mu­­ğam sə­nə­­ti­­nin qo­­ru­­nub sax­­la­­nıl­­ma­­sı, zən­­gin ta­­ri­­xə ma­­lik ifa­çı­lıq sə­­nə­­ti­­nin gə­­lə­­cək nə­­sil­­lə­­rə çat­­dı­­rıl­­ma­­sı, ye­­ni ifa­çı­lar nəs­­li­­nin ye­­tiş­­di­­ril­­mə­­si məq­­sə­­di ilə “Mu­­ğam te­le­vi­­zi­­ya mü­­sa­­bi­­qə­­si” ke­­çi­­rir.

Qeyd edək ki, bi­­rin­­ci mu­­ğam mü­­sa­­bi­­qə­­si 2005-ci il­­də gör­­kəm­­li Azər­­bay­­can bəs­­tə­­ka­­rı Üze­­yir Ha­­cı­­bəy­­li­­nin ana­da­nol­­ma­­sı­­nın 120 il­­lik yu­­bi­­le­­yi­­nə həsr olu­­nur. Mu­ğam sə­­nə­­ti bi­­li­­ci­­lə­­rin­­dən bir qru­­pu mü­­sa­­bi­­qə­­nin mün­­sif­­lər he­­yə­­ti­­nə də­­vət olu­­nur­­lar. Mü­­sa­­bi­­qə döv­­rün­­də mün­­sif­­lər he­­yə­­ti tə­­rə­­fin­­dən Azər­­bay­­ca­­nın bü­­tün böl­gə­lə­rin­­dən gə­­lən 500-ə ya­­xın gənc ifa­­çı din­­lə­­nil­­miş və on­­la­­rın içə­­ri­­sin­­dən yal­­nız 20 iş­­ti­­rak­­çı se­­çil­­miş­­dir. No­­yabr ayı­­nın 21-dən baş­­lan­­mış mü­­sa­­bi­­qə­­nin ge­­di­­şi so­­na qə­­dər bir­­ba­­şa efir­­dən ya­­yım­­lan­­mış­­dı.

2008-ci il de­­kab­­rın 27-də Azər­­bay­­ca­­nın Pre­­zi­­den­­ti İl­ham Əli­­yev və xa­­nı­­mı Bi­­rin­­ci vit­­se-pre­­zi­­dent Meh­­ri­­ban xa­­nım Əli­­ye­­va Bey­­nəl­­xalq Mu­­ğam Mər­­kə­­zi­­nin açı­­lı­­şı­­nı edir.

Hə­­lə ke­­çən əs­­rin axır­­la­­rın­­da heç ki­­mə giz­­li de­­yil ki, qə­­dim mu­­si­­qi alət­­lə­­ri­­mizə, mu­­ğam­­la­­rı­­mı­­za qar­­şı dü­şü­nül­müş şə­­kil­­də ögey mü­­na­­si­­bət ya­­ran­­mış­­dı. O za­man nə ta­­nın­­mış mu­­ğam ifa­­çı­­la­­rı, nə mu­­ğam­­se­­vər­­lər, nə də ümu­­mi­­lik­­də xalq bu öz­­ba­­şı­­na­­lı­­ğa bir re­­ak­­si­­ya ver­mir­­di­­. Son an­­da bu qə­­dim mu­­ğam­­la­­rı­­mı­­zın qo­run­ma­­sı­­na da­­yaq du­­ran ta­­pıl­­dı. Bu­­nun­­la da xalq öz qə­­dim mi­­ra­­sı­­na sa­­hib dur­­du. Bu qə­­dim xə­­zi­­nə­­nin ya­şa­ma­­sın­­da nə­­in­­ki mu­­ğam us­­ta­­la­­rı, bü­­tün xal­­qı­­mız Meh­­ri­­ban xa­­nım Əli­­ye­­va­­ya min­­nət­­dar ol­­ma­­lı­­dır.

Ma­­raq­­lı­­dır ki, bu tə­­şəb­­büs­­dən son­­ra mu­­ğam ifa­­çı­­la­­rı “fə­­al­­laş­­ma­­ğa” baş­­la­­dı­­lar. Müx­­tə­­lif hö­­ku­­mət mü­ka­fat­la­rı­na sa­­hib ol­­du­­lar. On­­lar hər bir mu­­si­­qi ya­rış­la­rın­­da, yı­­ğın­­caq­­lar­­da ön­­də get­­di­­lər. Bu­­nun­­la da on­lar mu­­ğa­­mın tə­­əs­­süb­­keş­­lə­­ri ol­­duq­­la­­rı­­nı sü­­but et­­mə­­yə ça­­lı­­şır­­dı­­lar. La­­kin xal­­qın gö­­zü tə­­rə­­zi­­dir.

15 may 2010-cu il ta­­rix­­də Azər­­bay­­can Res­­pub­­li­­ka­­sının Pre­­zi­­den­­ti İl­­ham Əli­­yev cə­­nab­­la­­rı us­­tad sə­­nət­­kar Cab­­bar Qar­­yağ­­dı­­oğ­­lu­­nun 150 il­­lik yu­­bi­­le­­yi­­nin tən­­tə­­nə­­li su­­rət­­də ke­­çi­­ril­­mə­­si ba­­rə­­də sə­­rən­­cam im­­za­­la­­dı.

2011-ci il­­də Azər­­bay­­can vo­­kal sə­­nə­­ti­­nin ba­­ni­­si Cab­bar Qar­­yağ­­dı­­oğ­­lu­­nun ana­­dan ol­­ma­­sı­­nın 150 il­­li­­yi tən­­tə­­nə ilə qeyd edil­­mə­­si də Fi­­ri­­dun Şu­­şins­­ki­­nin ar­zu­la­rı­nın ger­­çək­­ləş­­mə­­si idi.

Sə­­rən­­cam­­da AMEA-ya C.Qar­­yağ­­dı­­oğ­­lu­­nun hə­­yat və fə­a­­liy­­yə­­ti haq­­qın­­da əsər ya­­zıl­­ma­­sı töv­­si­­yə edil­­miş­­dir. La­­kin tə­­əs­­süf­­lə qeyd et­­mək la­­zım­­dır ki, sə­­rən­­ca­­mı ic­­ra edən­­lər F.Şu­­şins­­ki­­nin vax­­ti­­lə bö­­yük xa­­nən­­də haq­­qın­­da qə­­lə­­mə al­­dı­­ğı ki­­ta­­bı “yad­­dan çı­­xar­­mış”, bu əsə­­rin var­­lı­­ğı ilə ma­­raq­­lan­­ma­­ğa be­­lə cəhd et­­mə­­miş­­lər. Nə­­ti­­cə­­də da­­hi sə­­nət­­kar haq­­qın­­da mo­­noq­­ra­­fi­­ya yaz­­ma­­ğa “xü­­su­­si” si­­fa­­riş alan mü­­əl­­li­­fin Fi­­ri­­dun bə­­yin qə­­lə­­mə al­­dı­­ğı “Cab­­bar Qar­yağ­­dı­­oğ­­lu” əsə­­rin­­dən son­­ra hər han­­sı ye­­ni bir söz de­yə­­cə­­yi inan­­dı­­rı­­cı de­­yil.

Bey­­nəl­­xalq Mu­­ğam Mər­­kə­­zi bir an­­lı­­ğa mə­­ni ke­­çən əsr­­in mu­­si­­qi məc­­lis­­lə­­ri­­nə çə­­kib apar­­dı. Elə bil bu­­ra­­da Sa­dıq­­ca­­nın, Bül­­bül­­ca­­nın, Cab­­ba­­rın, Qur­­ba­­nın ifa­­la­­rı­­nın can­­lı şa­­hi­­di olur­­dum. Bu sə­­nət­­kar­­la­­rı xal­­qı­­mız tə­­rə­­fin­­dən ta­­nın­­ma­­sın­­da təd­­qi­­qat­­çı­­la­­rı­­mı­­zın əmə­­yi da­­nıl­­maz­­dır. Əks təq­­dir­­də gə­­lə­­cək nə­­sil­­lər öz sə­­nət­­kar­­la­­rı­­nı ta­nı­maq­dan məh­­rum ola­­caq­­dı­­lar.

Be­­lə təd­­qi­­qat­­çı­­lar­­dan bi­­ri və bi­­rin­­ci­­si, gör­­kəm­­li sə­nət­şü­­nas-alim Fi­­ri­­dun Şu­­şins­­ki ol­­muş­­dur. Çox tə­­əs­­süf ki, öm­­rü­­nün 40 ili­­ni mu­­ğam ta­­ri­­xi­­mi­­zin təd­­qi­­qi­­nə sərf et­­miş, 100-dən çox mu­­si­­qi ifa­­çı­­sı­­nı xal­­qı­­mı­­za ta­­nıt­­mış, əvə­­zo­­lun­­maz mu­­si­­qi təd­­qi­­qat­­çı­­sı­­nın büs­­tü təd­­qiq et­­di­­yi sə­­nət­­kar­­la­­rın ara­­sın­­da yox­­dur...

Fi­­ri­­dun Şu­­şins­­ki­­nin ya­­ra­­dı­­cı­­lı­­ğı­­nı da­­im diq­­qət mər­kə­zin­­də sax­­la­­yan dün­­ya şöh­­rət­­li bəs­­tə­­kar Fik­­rət Əmi­rov ya­­zır­­dı: “Fi­­ri­­dun Şu­­şins­­ki həm bir alim, mu­si­qi­şü­­nas, həm də şəx­­siy­­yət ki­­mi aləm­­dir, əvəz­­siz və bir­­cə­­dir, mi­­sil­­siz­­dir. De­­yir və dü­­şün­dü­­rür. Biz Azər­bay­can mil­­lə­­ti­­nin in­­ki­­şa­­fı və sağ­­lam­­laş­­ma­­sı na­­mi­­nə Fi­­ri­­dun­­dan mu­­ğa­­yat ol­­ma­­lı­­yıq”.

Pro­­fes­­sor Əda­­lət Ta­­hir­­za­­də­­nin Mey­­dan ki­­ta­­bı­­nın I cil­­din­­də Fi­­ri­­dun Şu­­şins­­ki­­nin 21 no­­yabr 1988-ci il­­də Azad­lıq mey­­da­­nın­­da et­­di­­yi mi­­tinq­­də­­ki çı­­xı­­şı ve­­ril­­miş­­dir.

Unut­­maq ol­­maz ki, mu­­si­­qi­­şü­­na­­sı er­­mə­­ni­­pə­­rəst­­lik­­də təq­­sir­­lən­­di­­rən­­lər­­dən fərq­­li ola­­raq mi­­tinq­­də mən­­fur er­mə­ni­­lə­­rin Azər­­bay­­can xal­­qı­­na qar­­şı edi­­lə­­cək xə­­ya­­nə­­ti ilk də­­fə 1968-ci il­­də F.Şu­­şins­­ki tə­­rə­­fin­­dən açıl­­dı­­ğı bil­di­ri­lir:

“Mən 20 il bun­­dan qa­­baq yaz­­mış­­dım ki, Qa­­ra­­ba­­ğı al­­maq cəh­­di ara­­dan qal­­dı­­rıl­­ma­­yıb. Bu­­nun üs­­tün­­də 8 il mə­­ni in­­cit­­di­­lər, çap olun­­ma­­ğa qoy­­ma­­dı­­lar. Qa­­ra­­ba­­ğı ver­mək Xan qı­­zı Na­­tə­­va­­nın na­­mu­­su­­nu ver­­mək­­dir.

Azər­­bay­­can xal­­qı­­nın “türk” adı özü­­nə qay­ta­rıl­ma­lı­dır. Fa­­mi­­li­­ya­­mız qay­­ta­­rıl­­ma­­lı­­dır. “Qu­­lu” Qu­lu­­dur, “-yev” nə­­dir, “Məm­­məd” Məm­­məd­­dir “ov” nə­­di­­r?

Sta­­li­­ni Mosk­­va­­da if­­şa edir­­lər, an­­caq onun “ve­li­ko­rus şo­­vi­­niz­­mi”nə to­­xun­­mur­­lar. Çün­­ki sərf et­­mir.

Dü­­nən Top­­xa­­na­­ya 73 ma­­şın gə­­lib. İş da­­yan­­ma­­yıb. Ora 50 min er­­mə­­ni dı­­ğa­­sı yer­­ləş­­dir­­mək is­­tə­­yir­­lər”.

70-ci il­­lər­­də “arm­­yans­­ki­­ye mu­­qa­­mı” ifa­­də­­si mət­bu­at­da özü­­nə yer tap­­mış­­dı. Eti­­na­­sız­­lıq gör nə ye­­rə çat­­mış­­dı ki, hə­­min ifa­­də­­ni bə­­zi üz­­də­­ni­­raq “mu­si­qi­şü­nas­lar”ımız da iş­­lə­­dir­­di­­lər. Fi­­ri­­dun mü­­əl­­lim bu ifa­­də ilə qə­­ti ra­­zı­­laş­­mır­­dı. O qə­­tiy­­yət­­lə hə­­min ifa­­də­­nin əley­­hi­­nə çı­­xa­­raq ya­­zı­­la­­rın­­da gös­­tə­­rir­­di ki, sə­­nət­­kar mil­liy­­yət­­cə er­­mə­­ni ol­­sa be­­lə, o, Azər­­bay­­can mu­­si­­qi­­si­­ni ifa edir. 1978-ci və 1983-cü il­­lər­­də Sə­­mər­­qənd­­də ke­­çi­­ri­­lən Bey­­nəl­­xalq Mu­­ğam Sim­­po­­zi­u­­mun­­da iştirak edən er­­mə­­ni­­pə­­rəst­­lə­­r, R.Zöh­­ra­­bov ki­­mi “alim­lər”in ya­­zı­­la­­rı­­na sərt ca­­va­­bı yal­­nız F.Şu­­şins­­ki ver­miş­­dir. La­­kin ona “er­­mə­­ni­­pə­­rəst” yar­­lı­­ğı ya­pış­dır­maq is­­tə­­yən­­lər bu mə­­qam­­da ağız­­la­­rı­­na su alıb du­­rur­­du­­lar.

T.Kə­­ri­­mo­­va ya­­zır­­dı: “Sim­­po­­zi­­um­­da Öz­­bə­­kis­­tan­­da təq­­ri­­bən iyir­­mi mə­­ru­­zə din­­lə­­ni­­lir. Er­­mə­­ni mu­si­qi­şü­nas­la­rı er­­mə­­ni mu­­ğa­­mı­­nı (?!) həm nə­­zə­­ri, həm də əmə­­li su­­rət­­də nü­­ma­­yiş hü­­qu­­qu­­na na­­il olur­­lar”.

Bu­­na ca­­vab ola­­raq F.Şu­­şins­­ki ya­­zır­­dı: “Bur­­da mü­əl­li­­fin (T.Kə­­ri­­mo­­va ––A.K.) “er­­mə­­ni mu­­ğa­­mı” məf­hu­mu çox gü­­lünc­­dür. Gö­­rə­­sən, mü­­əl­­lif “er­­mə­­ni mu­ğa­­mı” sö­­zü­­nə har­­da rast gə­­li­­b?! Bu, sa­­də­­cə mü­­əl­­li­­fin “Don-Ki­­xot” gop­­çu­­lu­­ğu və ya­­xud dər­­viş ba­­ya­­tı­­la­­rı­­dır. Çün­­ki Şərq mu­­si­­qi­­si­­nə aid olan heç bir ədə­­biy­­yat­­da, nə də Əbu Nə­­sir Fə­­ra­­bi, Əbu Si­­na, Sə­­fi­­yəd­­din Ur­­mə­­vi, Əb­dül­­qa­­dir Ma­­ra­­ğa­­yi, Ru­­hul­­la Xa­­li­­qi ki­­mi nə­­həng Şərq mu­­si­­qi­­şü­­nas­­la­­rı­­nın mu­­si­­qi­­yə aid ki­­tab­­la­­rın­­da “er­­mə­­ni mu­­ğa­­mı” sö­­zü­­nə rast gəl­­mək ol­­mur. Şüb­­hə­­siz ki, bu­­nu T.Kə­­ri­­mo­­va­­ya heç cür ba­­ğış­­la­­maq ol­­maz. Bir də oxu­­cu­­ya onu de­­mək is­­tər­­dik ki, bu dər­­viş ba­­ya­­tı­­sı­­nı tək­­cə T.Kə­ri­mo­­va yox, kon­­ser­­va­­to­­ri­­ya­­nın baş­­qa mü­­əl­­lif­­lə­­ri də iş­­lət­­miş­­lər. Yax­­şı ya­­dım­­da­­dır ki, bir də­­fə ye­­nə Sə­mə­qənd­­dən mu­­ğam sim­­po­­zi­u­­mun­­dan qa­­yı­­dan do­­sent R. Zöh­­ra­­bov te­le­vi­zi­ya ilə çı­­xış edər­­kən de­­di: Sim­­po­­zi­u­­ma er­­mə­­ni­­lər də öz mu­­ğam­­la­­rı­­nı gə­­tir­­miş­­di­­lər...

Am­­ma gə­­lin R.Zöh­­ra­­bov­­dan və T.Kə­­ri­­mo­­va­­dan xa­hiş edək ki, er­­mə­­ni mu­­ğam­­la­­rın­­dan bi­­ri­­nin adı­­nı çək­sin­­lər”.

F.Şu­­şins­­ki hət­­ta Tif­­lis­­də er­­mə­­ni­­lər­­dən qram­­mo­­fon val­­la­­rı­­nı və şə­­kil­­lə­­ri şəx­­si pu­­lu ilə alar­­kən de­­yər­­di ki, vaxt gə­­lə­­cək, bu hə­­rə­­kət­­lə­­ri­­nə gö­­rə on­­lar çox peş­­man­­çı­­lıq çə­­kə­­cək­­lər. İn­­di Fi­­ri­­dun mü­­əl­­li­­mə irad tu­­tan­­lar gə­­rək 1987-ci ilə qə­­dər er­­mə­­ni­­lə­­rə öz irad­­la­­rı­­nı bil­­dir­­mə­­yə cə­sa­rət ta­­pay­­dı­­lar.

İctimai və siyasi xadim, jurnalist, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Qənirə xanım Paşayeva dünya şöhrətli rəssam Tahir Salahovla anadan olmasının 80 illik ərəfəsində görüşmüş və ondan maraqlı müsahibə almışdı. Həmin müsahibədə Qənirə xanım dahi rəssamdan görkəmli musiqi tədqiqatçısı Firidun Şuşinski barədə fikirlərini öyrəndikdən sonra onunla həmrəy olduğunu belə ifadə etmişdir:

“(Firidun Şuşinskinin–A.K.) Sənətini heç vaxt satmaması onun ən yaxşı xüsusiyyətidir. Qarabağ hadisələrindən xeyli əvvəl böyük musiqişünasımız Firudin Şuşinski milli musiqi alətlərimiz haqqında bir kitab yazmış və ermənilərin tarixi saxtalaşdırmaq, milli musiqi alətlərimizi mənimsəmək cəhdlərinə layiqli cavab vermişdi. Bu, musiqişünasın ermənilər və onların tərəfdarları ilə müəyyən problemlərinin ortaya çıxmasına səbəb oldu. Şuşa üçün bu çətin günlərdə portretini yaradan Tahir Salahov onunla həmrəyliyini açıq şəkildə nümayiş etdirdi və əsl azərbaycanlı kimi bir vətəndaş mövqeyindən danışdı! Sözün həqiqi mənasında o, bir Vətəndaşdır!”

F.Şuşinskinin bu qiymətli “Şuşa” kitabı hələ də latın əlifbasında işıq üzü görməyib. Müasir oxucularımız, xüsusilə gənclərimiz bu qiymətli əsər haqqında təsəvvürləri yoxdur. Məgər Şuşada imkanlılarımız yoxdur ki, erməniləri və onun havadarlarını qorxuya salan bu kitabın nəşrini öhdəsinə götürsün? Budurmu Firidun Şuşinskiyə yerlilərinin qiyməti? Çox təəssüf olunandır.

Vax­­ti­­lə qeyd ki­­tab­­ça­­sına yaz­­dı­­ğım mis­­ra­­lar bir an­lı­ğa ha­­fi­­zəm­­də sil­­kə­­lən­­di:

Ge­­dən biz­­dən ge­­dir,
Gə­­lən bi­­zə gəl­­mir. Modern.az

# 2598 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #