Azərbaycan Budapeştdə keçirilən Beynəlxalq Xalq Yaradıcılığı Festivalında

Azərbaycan Budapeştdə keçirilən  Beynəlxalq Xalq Yaradıcılığı Festivalında
18 avqust 2025
# 13:10

Macarıstanın paytaxtı Budapeştdə ənənəvi olaraq təşkil edilən 39-cu Beynəlxalq Xalq Yaradıcılığı Festivalı (Mesterségek Ünnepe) keçirilir.

Kulis.az xəbər verir ki, Macarıstanın ən böyük mədəniyyət bayramlarından hesab olunan bu günlərdə macarlar ölkənin Milli Günü — Müqəddəs İştvan (İstvan) gününü qeyd etməyə hazırlaşırlar.

Bu il festivalın fəxri qonağı Azərbaycandır.

Ölkəmiz festivalda üç stendlə təmsil olunur. Burada Azərbaycan xalq sənətinin müxtəlif nümunələri təqdim edilir: Azərbaycan xalçaçılıq sənəti, vəloqçuluq (yun, keçə sənəti), tikmə və nadir naxış sənəti — təkəlduz (yalnız sol əllə işlənən xüsusi toxuma texnikası), kəlağayı sənəti (ipək baş örtüyü), xətəmkarlıq (mikro mozaika ilə birlikdə).

Festivalda dünyanın müxtəlif ölkələrindən təxminən 800-dən çox sənətkar iştirak edir.

Hər il olduğu kimi, bu dəfə də tədbirə 100 mindən artıq ziyarətçinin gələcəyi gözlənilir. Festival boyu ustad dərsləri, canlı sənət nümunələrinin nümayişi, milli musiqi və rəqs proqramları keçiriləcək.

Bu iştirak Azərbaycanla Macarıstan arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir və xalqlarımızın zəngin irsini beynəlxalq miqyasda tanıtmaq baxımından mühüm əhəmiyyət daşıyır.

Qeyd edək ki, festival avqustun 20-dək davam edəcək.

# 1182 dəfə oxunub

Oxşar xəbərlər

Yeni Ceyms Bond kim olacaq?

Yeni Ceyms Bond kim olacaq?

18:00 1 oktyabr 2026
Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

Van Qoq, Sezann və Monenin nadir əsərləri hərraca çıxarılacaq

17:30 1 oktyabr 2026
Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

Süni intellektlə serial hazırlanır – Tarixdə ilk dəfə

17:00 1 oktyabr 2026
Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

Məşhur rejissora “Şərəf Mükafatı" təqdim edildi

16:30 1 oktyabr 2026
Azərbaycanın “Avroviziya 2027”də  iştirakı ilə bağlı qərar

Azərbaycanın “Avroviziya 2027”də iştirakı ilə bağlı qərar

16:22 1 oktyabr 2026
Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına  maliyyə dəstəyi

Gürcüstanın Tbilisidəki Azərbaycan mədəniyyəti ocaqlarına maliyyə dəstəyi

16:14 1 oktyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər