Rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam - Günün tablosu

Rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş  rəssam  - Günün tablosu
19 avqust 2025
# 13:30

19 avqust dünya rəssamlıq tarixinin ən görkəmli simalarından biri, fransız rəssam Adolf Vilyam Buqronun anım günüdür.

Kulis.az bu münasibətlə rəssamın həyatı və yaradıclığı haqqında maraqlı faktları və onun məşhur "İsa Məsihin şallaqlanması" tablosunu təqdim edir.

Adolf Vilyam Buqro ampir (XIX əsrin əvvəllərində Avropada memarlıqda və mebeldə bir üslubdur) dövründə yaşayıb və akademik rəssamlığın ustadı hesab olunur. O, akademizminin ən görkəmli nümayəndəsi, tarixi, mifoloji, "İncil" və allerqorik süjetli rəsm əsərlərinin müəllifi, divar naxışlarının və portretlərinin yaradıcısıdır.

Bütün ömrü boyu Buqro 800-dən artıq əsm əsəri yaradıb.

Onlardan ən məşhurları sırasında «Veneranın doğuluşu», «Dante və Vergili cəhənnəmdə», «Naxırçı qız», «Rəqs», «İsa Məsihin şallaqlanması», «Toxunulmuş qadın» gəlir.

Buqro 1825-ci ildə La-Roşeldə zeytun və şərab alverçisi ailəsində dünyaya gəlib.

O, ailənin işini davam etdirməyə məcbur olub, lakin ona klassik "İncil" sujetlərini öyrətmiş rahib babası Yejen sayəsində orta məktəbə getməyə nail olub.

Orta məktəbdə də onun rəssamlıq istedadı ortaya çıxır.

Atasından oğlunu Bordodakı incəsənət məktəbinə göndərmək üçün razılıq alırlar.

Buqro burada “Müqəddəs Roxa” adlı rəsm əsərinə görə ilk dəfə mükafatlandırılır.

Pul qazanmaqdan ötrü o, cem və mürəbbə bankaları üçün etiketlər hazırlamağa başlayır.

Buqro Paris incəsənət məktəbində oxuyub, 1850-ci ildə «Araks sahilində tapılmış Zenobiya» adlı əsərinə görə Roma mükafatına layiq görülüb.

Onun mifoloji süjetli və realizm janrlı əsərləri XIX əsrdə Fransada kifayət qədər məşhur idi.

Bu dövrdə hətta o, dünyanın dahi rəssamlıq ustalarından biri hesab olunurdu.

1900-cü ildə Edqar Deqa və Klod Mone deyirdilər ki, guya 2000-ci ildə Buqronu dahi fransız rəssamı adlandıracaqlar.

Onun rəsm əsərləri varlı amerikalılar tərəfindən alınırdı.

Buqro dünya rəssamlıq tarixində insan bədənini ən gözəl və dəqiq təsvir etmiş rəssam kimi dəyərləndirilir.

Hazırda da Buqronun rəsm əsərlərinə maraq artmaqdadır.

Qeyd edək ki, Buqro məktəbinin tələbələri sırasında Oton Friz, Edmund Tull, Qustav Jake,Pol Şabasın adları xüsusilə qeyd olunur.

# 1275 dəfə oxunub

Oxşar xəbərlər

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

Özün öz yolunsan, ilan balası - Ramiz Rövşən

16:50 26 sentyabr 2026
Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

Azərbaycan Jurnalistlərinin IX qurultayı keçiriləcək

15:38 26 sentyabr 2026
Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

Məşhur müğənni Bakıda butulkanın içində konsert verdi - VİDEO

14:46 26 sentyabr 2026
Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

Kommunizmin edə bilmədiyini texnologiya etdi? – Dünyanı birləşdirən “əxlaq”

13:00 26 sentyabr 2026
Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

Rəşid Behbudov ona niyə kömək etmədi? - Cəfər Behbudovun son sözləri

12:30 26 sentyabr 2026
Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

Bir mühacirin kitabı sovet Bakısına necə sızdı? - Cavidin Vaşinqtondakı barelyefinin arxasındakı şuşalı

12:00 26 sentyabr 2026
#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər