Azərbaycan Beynəlxalq sərgidə təmsil olunur

Azərbaycan Beynəlxalq sərgidə təmsil olunur
29 yanvar 2024
# 09:20

Azərbaycan Mədəniyyət Nazirliyi və Misirdəki səfirliyimizin təşkilatçılığı ilə 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təmsil olunur.

Nazirlikdən "Kulis"ə verilən məlumata görə, kitab sərgisinə 70 ölkədən 1200-dən artıq nəşriyyat qatılıb.

Mədəniyyət Nazirliyinin əməkdaşları və şair-yazıçı Aqşin Yeniseyin olduğu nümayəndə heyəti sərginin açılış günündə baş tutan bir sıra tədbirlərə qatılıblar. Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stenddə Azərbaycanın tarixi, mədəniyyəti, kitab sənəti, o cümlədən Şuşa şəhərinin 2024-cü il üzrə “İslam Dünyasının Mədəniyyət paytaxtı” seçilməsi barədə sərginin iştirakçılarına və ziyarətçilərinə geniş məlumat verilib.

Qeyd edək ki, Qahirə Beynəlxalq Kitab Sərgisi 6 fevral 2024-cü il tarixinədək davam edəcək.

# 1802 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #