“Kinomexanikin qayıdışı” beynəlxalq arenada

“Kinomexanikin qayıdışı” beynəlxalq arenada
14 may 2025
# 09:05

Rejissor Orxan Ağazadənin sənədli-bədii filmi “Kinomexanikin Qayıdışı” beynəlxalq arenada növbəti dəfə yüksək qiymətləndirilib.

Kulis.az xəbər verir ki, film bu dəfə ABŞ-ın nüfuzlu Margaret Mead Film Festivalının münsiflər heyəti tərəfindən xüsusi mükafata layiq görülüb.

1977-ci ildə antropoloq Marqaret Medin 75 illiyi münasibətilə Amerika Təbiət Tarixi Muzeyi tərəfindən yaradılmış festival dünya mədəniyyətlərini antropoloji baxış bucağından işıqlandıran filmlər üçün nəzərdə tutulub.

“Kinomexanikin qayıdışı”, bundan əvvəl də beynəlxalq miqyasda böyük uğurlar əldə edib. Film, Cənubi Koreyada keçirilən nüfuzlu EIDF EBS Beynəlxalq Kino Festivalının baş mükafatı “Documentary Goyang Award”a, Torino Film Festivalının (İtaliya) sənədli film müsabiqəsində “Ən yaxşı film” mükafatına, təsvir rejissorunun işinə görə (Daniel Quliyev)“Alman Kamera Mükafatı”na (Deutscher Kamerapreis) layiq görülüb, Fransada Festival des Trois Continents (Üç Qitənin Festivalı) çərçivəsində həm Gənc Münsiflər Mükafatı (Young Jury Award), həm də Peşəkar Münsiflərin Xüsusi Mükafatı (Professional Jury Special Mention) ilə təltif olunub.

# 104 dəfə oxunub

Müəllifin son yazıları

# # #