Vaqif İbrahim xana şeirlə necə elçilik etdi? – Tarixi fakt

Vaqif İbrahim xana şeirlə necə elçilik etdi? – Tarixi fakt
17 iyul 2021
# 10:45

Kulis.az tərcüməçi Vilayaət Quliyevin Qarabağ tarixinə aid maraqlı bir paylaşımını təqdim edir.

Qarabağ hökmdarı İbrahim Xəlil xan nikah yolu ilə gürcü sarayına qohum olmaq istəyəndə vəziri Molla Pənah Vaqif çar II İraklinin protokoluna müraciətlə:

Açıqbaşda (Gürcüstanda) olsa, əgər bir dilbər,
Onda bu nişanlar müəyyən gərək:
Əndamı ayinə, qəddi mötədil,
Siyah zülfü qamətinə tən gərək -

misraları ilə başlanan və

Vaqif, yaxşı canan gərək can üçün.
Nədir çox çalışmaq bu cahan üçün?
Bir gözəl lazımdır bizim xan üçün -
Vali qulluğunda ərz edən gərək -

misraları ilə bitən elçilik məktubu yazmışdı.

İbrahim Xəlil xan Vərəndə məliyi erməni Məlik Şahnəzərin qızı (Mirzə Yusif bacısı olduğunu yazır) Hürzadla evlənmək istəyəndə isə sadəcə erməniyə əmr olunmuşdu ki, qızın taxça-boxçasını yığışdırıb hərəmə göndərsin.

Niyə?

Çünki gürcülərin pis-yaxşı dövləti vardı. Əsilzadə gürcü xanım təbəənin əlini yalnız II İraklidən istəmək olardı.

Ermənilərin isə Usta Zeynal demişkən, padşahı yox idi. Çünki dövləti yox idi. Qarabağda yaşayan bütün ermənilər İbrahim Xəlil xanın, Gəncədə yaşayan bütün ermənilər Cavad xanın və s. təbəəsi idi.

Hökmdar isə öz təbəəsi ilə istədiyi şəkildə rəftar edə bilərdi.

Ermənilər hələ də bu sadə həqiqəti qanmaq istəmirlər.

Çünki, çoxu elə Hürzad kimilərdən törəyənlərdi.

# 2302 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #