Nəcəfqulu Rəfiyev və Afiyəddin Cəlilov küçələrinin kəsişməsində, 2 saylı "ASAN xidmət" mərkəzinin yaxınlığında yerləşən mozaikanın bərpası nəzərdə tutulub.
Bu barədə APA-nın sorğusuna cavab olaraq Xətai rayon İcra Hakimiyyətindən bildirilib.
Qeyd olunub ki, hazırda bu istiqamətdə mütəxəssislərlə danışıqlar aparılır.