Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları 

Qanıyla torpağa “Qarabağ” yazan, son nəfəsdə şikəstə oxuyan, mina ilə tankın altına sürünən Azərbaycan əsgəri – Müharibə əhvalatları 
13 iyul 2020
# 12:15

Kulis.az günün əhval-ruhiyyəsinə uyğun olaraq Qarabağda dillərdə dolaşan məşhur müharibə əhvalatlarından bir neçəsini təqdim edir.

Qarabağda əsir götürülən döyüşçülərdən birinə nə qədər işgəncə verirlər ki, onun dilindən “Qarabağ ermənilərindir!” sözünü eşitsinlər, mümkün olmur. Axırda üstünə benzin töküb yandırılar. Adam yana-yana da “Qarabağ bizimdir!” deyib qışqırır.

***

Azərbaycanın 8 nəfərlik kəşfiyyat qrupu Ağdərə istiqamətində de-şifrə olunur. Əsir düşməsinlər deyə özlərini partladırlar. Yalnız çavuş Aqil Əhmədov təsadüfən sağ qalır və ələ keçir. Ona ən çox bu sualı verirlər: “Sizin döyüşçüləri belə ruhlandıran nədir ki, asanlıqla ölümə gedirlər?” Sonralar Aqil Əhmədov əsirlikdən azad edilir və hal-hazırda da yaşayır.

***

Murovun ən hündür yüksəkliklərindən birində “Cabir postu” deyilən yer var. O qədər sərt yerdədir ki, 90-cı illərdə əsgərlər ora iplə qalxırdılar. Bu post haqqında bir əhvalat dolaşmaqdadır. Deyirlər, Cabir adlı komandir əsgərləri ilə bu yüksəklikdə imiş. Əsgərlər çimməyə getmək üçün ondan icazə istəyirlər. O da hamısına birdən icazə verir. Əsgərlərin postdan yendiyini müşahidə edən ermənilər hücuma keçirlər. Cabir postu tərk etmir, bizimkilər köməyə gəlib erməniləri geri oturdana qdərə təkbaşına vuruşur, böyük bir düşmən dəstəsini yaxınlaşmağa qoymur. Bizimkilər düşməni geri oturdub posta girəndə Cabirin şəhid olduğunu görürlər.

Ehtiyatda olan zabitdən şok ittihamlar: “Avtomatın səsindən qorxub ...

İgid komandir Rauf Orucov Qarabağda müharibə başladığını eşidib Özbəkistandan hərbi xidmətdən qaçıb gəlir. Atası onu danlayır və fərari saymasınlar deyə aparıb dostu Allahverdi Bağırovun batalyonunda piser qoydurur. Həm də bu yolla Raqufu döyüşdən qoruyur. Gənc Raqufsa atışma başlayan kimi təcili yardım maşınına minib səngərə gedir və döyüşlərdə iştirak edir. Bir gün yaralanır. Atası bilməsin deyə yarası sağalana qədər evə gəlmir.

***

Raquf Orucovun anasını ermənilər öldürmüşdü. Sonralar Murovda keçirdiyi əməliyyatlarla inanılmaz şöhrət qazanın Raquf Orucovdan əlinə yüz dəfə imkan düşdüyü halda nə qadına, nə uşağa güllə atır. O, intiqam deyəndə bu xırda hissləri yox, anası dəfn olunan torpaqları azad etməyi nəzərdə tuturdu.

***

Deyilənə görə, Raquf Orucov işğaldan sonra da kəşfiyyatçı kimi anasının məzarını ziyarətə gedirmiş. O, bu barədə heç vaxt heç nə danışmayıb, lakin söhbətlərin birində sanki ipucu verib. Söhbət belədir. Ermənilərlə girov dəyişdirilirmiş. Erməni komandir adını çox eşitdiyi Raquf Orucova alma atır, deyir, ye, sizin bağdandır. Raquf Orucov almanı göydə tutub geri atır və deyir: “Mən öz bağımızın da almasını yeyirəm, üstəlik sizin bağların da!”


Qarabağ savaşı zamanı Azərbaycana qeyri-leqal silah gətirən şəxs ...

Müharibə başlayan vaxt Füzulinin Yuxarı Veysəlli kəndindən olan Yavər İsgəndərov hansısa toyda kənd qadınlarının ağladığını görür. Onlara yaxınlaşır, qadınların erməni hücumundan qorxduğunu öyrənir. Yavər gülür. Deyir, mənim kimi oğlu olan analar da ermənidən qorxar? Nə qədər sağam, bu torpaqlara erməni ayağı dəyməyəcək. Elə də olur. Erməni Veysəlli kəndini yalnız Yavər şəhid olandan sonra işğal edə bilir. Xatırladaq ki, Yavər İsgəndərov haqda “Son nəfəsədək” adlı bədii film çəkilib.

***

Ağdamda döyüşlər təzə-təzə qızışan vaxt avtomat çatışmırdı, döyüşçülər növbə ilə döyüşürdülər.

***

Ağdamın Mərzili kəndində yaradılmış batalyonun kəşfiyyat bölüyünə rəhbərlik edən mayor Zahid Əliyevin iki qardaşı müharibədə şəhid olmuş, biri itkin düşmüşdü. O, illərlə itkin düşən qardaşını axtarıb. Onun axırıncı xəbəri Əsgəran həbsxanasından gəlir. Həbsxanadan qaçmağı bacarsa da sonrakı taleyi naməlum qalıb.

***

Ağdərənin İmarət Qərbənd kəndindən geri dönüşü çətin olan bir əməliyyata gedirlər və döyüşçülərə rəhbərlik edən hərbçi deyir: Bir ailədən bir adam gedə bilər! Subay qardaşlar irəli çıxıb evli qardaşları zorla saxlayırlar.

***

Xocalının Koslar kəndində bir döyüşçü mühasirəyə düşür, son gülləsinə qədər təslim olmur. Bizimkilər mühasirəni yaranda igid döyüşçü artıq şəhid olubmuş. Birdən baxırlar ki, o, son anda barmağını qanına batırıb torpağa “Qarabağ” sözünü yazıb.

***

Başqa bir Koslar kənd sakininin yaxşı səsi vardı və o həmişə döyüş dostlarını həvəsləndirmək üçün “Qarabağ şikəstəsi” oxuyurdu. Şəhid olduğu an da son nəfəsi ilə şikəstə oxuyub can vermişdi.

***

Ağır döyüşlər gedən kəndlərin birində meyit gətirən maşını işığından tanıyırmışlar. Yuxarıda qanlı müharibə gedir, maşınlar durmadan ora patron, ərzaq və adam daşıyır, kənd sakinləri – yaşlılar, qadınlar, uşaqlar kənddən tamaşa edirlər. Kəndin bütün əli silah tutanları ordadır. Hamının qohumu var səngərdə. Qəfil meyit maşınının işığı görünür. Hamı birdən ağlayır. Çünki ölən və ya yaralanan hamının əzizi ola bilər... Maşın kəndə gələnəcən bu vəziyyət davam edir. Maşın kəndə gələndə ölən öz evinə, yaralı xəstəxanaya yola salınır və hər şey yenidən təkrarlanır; adamlar meyit maşınının işığını növbəti dəfə həyəcanla gözləməyə başlayırlar...

***

Ağcabədi rayonun Hindarx kəndindən olan Etibar İsmayılov düşmən tankın döyüşçü dostlarını məhv edəcəyini görəndə minanı sinəsinə sıxıb tankın altına sürünmüş, onu özü ilə birlikdə partlatmışdı.

***

“Ala Yaqub” ləqəbli Yaqub Rzayev səngəri qoyub şəhid olan oğlunun dəfninə gəlmir. Deyir, burdakılar da mənim övladımdır.

# 7386 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #