İyulun ilk həftəsi “Astarada kino günləri” təşkil olunacaq

İyulun ilk həftəsi “Astarada kino günləri”  təşkil olunacaq
29 iyun 2026
# 18:00

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) ölkənin müxtəlif bölgələrində milli kinematoqrafiyanın təbliği və tamaşaçı auditoriyasının genişləndirilməsi məqsədilə film nümayişləri təşkil edir. Layihə çərçivəsində iyulun 1-dən 3-dək “Astarada kino günləri” reallaşacaq.

Kulis.az xəbər verir ki, tədbir çərçivəsində rejissor Zaur Qasımlının “Tağıyev: Neft”, İlqar Nəcəfin “Nar bağı” tammetrajlı bədii filmləri, Elməddin Alıyev və Xəyyam Abdullazadənin “Nargin” tammetrajlı bədii-sənədli filmi, Orxan Ağazadənin “Kinomexanikin qayıdışı” tammetrajlı sənədli filmi, Daniel Quliyevin “Uzaq”, Samir Kərimoğlunun “Torpağı sanı yaşayasan”, Nurlan Həsənlinin “Erkən hisslər”, Gəray Həsənin “Zəfər rəqsi” qısametrajlı bədii filmləri nümayiş olunacaq.

AKİ bu təşəbbüs vasitəsilə milli kinonun regionlarda daha geniş auditoriyaya çatdırılmasını və kino sahəsində dialoqun inkişafını hədəfləyir.

# 80 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər