Çox yaşamayacaq deyə evlənmək istəmirdi... Yoldaşı kimi avtomobil qəzasında öldü – Məşhur meyxanaçının faciəvi həyatı

Çox yaşamayacaq deyə evlənmək istəmirdi... Yoldaşı kimi avtomobil qəzasında öldü – Məşhur meyxanaçının faciəvi həyatı
24 avqust 2020
# 13:42

Kulis.az məşhur meyxana ustası Bayram Kürdəxanlı haqqında maraqlı faktları təqdim edir.


Bayramqulu Məşədi Məmmədqulu oğlu Quliyev 1961-ci ilin dekabrın 31-də Kürdəxanıda doğulub. Kürdəxanıdakı 113 saylı orta məktəbi bitirib. Meyxana sənətinə kiçik yaşlarından gəlib.

***


Böyük qardaşı rejissorluğu qurtarıb, babası isə axund olub. Bayramın ədəbiyyata, tarixə böyük marağı olub. Ali təhsil almaq istəsə də, bu arzu ona qismət olmayıb.

Gallery

Müsahibələrinin birində deyir: Qardaşım öləndən sonra həvəsdən düşdüm. Amma bir dəfə Mədəniyyət və İncəsənət Universitetinə 1983-cü ildə sənədlərimi vermişdim. Kino-dram aktyorluğuna 12 nəfərlik yer var idi. Dörd müəllim haradan sual verirdisə, cavab verirdim. Elə suallar olurdu ki, özləri bilmirdi, başqasından cavabı zəng vurub öyrənirdilər. Sonra mənə dedilər ki, 12 nəfərlik yer dolub. Daha sənədlərimi vermədim, meyxana deməyə başladım. Güclü səs avazım var idi. Cana əziyyətdən sonra səsim qısılmağa başladı.

***


Yeniyetməlik illərində 8 il futbolla məşğul olub. İlk şeirlərini böyük qardaşı şair Nəcəfqulunun təsiri ilə yazıb. Əsgərlikdən qabaq da şeir deyən Bayram, bunu sonra da davam etdirir. 1982-ci ildən 1985-ci ilə qədər AzTV-də işləyib.

Gallery

Özünün sözlərinə görə bütün meyxanalarını bədahətən deyib. Heç bir hazırlıqsız toya belə gedəndə toyun böyük, kiçikliyini öyrənib meyxana deyib.

***

Nizaminin, Füzulinin, Nəsiminin, Əlağa Vahidin, Xəlil Rza Ulutürkün, Şekspirin, Molyerin, Cek Londonun əsərlərini mütaliə edib. Sovet dövrünün şairlərindən Səməd Vurğun, Müşfiqi çox sevib.

***

Bir dəfə Elçin Maştağalı ilə gecəyə bir toydan adama bir “Jiquli”nin pulunu yığıblar. Bayram həmin pula maşın da alıb, Elçin isə qumarda uduzub.

Gallery

Orenburqda əsgərlikdə olanda bir yunan qızı ilə tanış olub. Əsgərliyi bitirib gələndən sonra Moskvada gül alveri ilə məşğul olur. Bakıdan Rusiyaya qərənfil aparıb satıb. Həmin ərəfədə tanış olduğu yunan qızını tapıb onunla evlənmək istədiyini deyir. Qızın atası hərbçi olur, qızını Bayrama vermək istəmir, anası isə əksinə deyir ki, qızımız istəyirsə, getsin. Onlar ailə qururlar, bu evlilikdən Bəhram adlı oğulları doğulur. Bir müddət sonra isə Bayramın həyat yoldaşı qəzaya düşərək həlak olur.

***

Bayram oğluna kiçik toy edib onu müsəlman etdirir. Bir neçə dəfə Bakıya da gətirir. Dəmir yol institutunda oxuyan Bəhram Azərbaycan dilində yaxşı danışa bilir. Atasına deyir ki, universiteti bitirəndən sonra Bakı-Moskva qatarında işləyəcəm ki, Bakıya tez-tez gedib gəlim.

***

Qardaşı Xəlifə Quliyev Bayramı xatırlayarkən deyir: Valideynlərim, mən, hər kəs ona evlən deyirdi. Amma o, bu işə boş yanaşırdı. Deyirdi ki, 2 gün evdə, 2 ay Rusiyada oluram, rayonlara gedirəm. İstəmirəm sənə artıq bir yük qoyub gedim. Həmin gün mən onun toya getməyini istəmirdim. Dedi, söz vermişəm getməliyəm. Heç vaxt belə sağollaşmırdı. Rəhmətə getdiyi gün anamla, uşaqlarla hər kəslə görüşdü, sağollaşdı. Çox narahat oldum, ilk dəfə idi belə edirdi. Arxamca gəlib dedilər, balaca ayağı əzilib, amma mən başa düşdüm ki, bu təkcə ayaq əzmək deyil. Oğlumla xəstəxanaya gedəndə, reanimasiyada idi. Qucaqlaşdıq, 2 dəqiqə sonra keçindi. Ondan 4 ay sonra anam rəhmətə getdi, dözmədi".

Gallery

Tələbəsi Sahib Kürdəxanlı isə 12, 13 yaşından Bayramı bütün toylarda izlədiyini xatırlayır: Bayram hansı toyda olurdu, gedib mağarın kənarında onu izləyirdim. Hər kəs ona deyirdi ki, niyə evlənmirsən? Dəfələrlə mənim yanımda oturub ağlayıb ki, "kimisə bədbəxt etmək istəmirəm, mən çox yaşamayacağam”.

***

Bayram Kürdəxanlı 2014-cü ildə şübhəli şəxs qismində saxlanılır. Onun üzərinə baxış keçirilərkən ondan 1.02 qram narkotik vasitə olan tiryək aşkar edilərək 1 il həbs cəzası alır. 2015-ci ildə həbsdən azad edilib.

Gallery

1984 -ci ildən vərəm xəstəsi kimi qeydiyyatda olan meyxanaçı narkotik qəbul etdiyini, 2004-cü ildən isə tərgitdiyini söyləyib: "Onun ağrıları çox pis olur. Mən narkotik vasitə qəbul eləməmişdim. Arıq adamam, hamı elə bilir ki, narkotik qəbul eləyirəm. Sadəcə, məni şərlədilər, içəri saldılar. Həmin vaxt tək məni tutmamışdılar. Bir neçə nəfər də həbs olunmuşdu. Sadəcə, mən tanınmış adam olduğuma görə mənim adım daha çox hallandı”.

***

22 avqust 2017-ci il tarixində gecə toydan evə qayıdarkən isə yolu keçərkən onu maşın vurur. Bayram ağır bədən xəsarətləri alır. Hadisəni törətmiş sürücü Bayram Kürdəxanılını 3 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırsa da, həkimlər onun həyatını xilas edə bilmirlər.

# 10645 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #