Faciəvi şəkildə ölən müğənni haqqında yeni film çəkilir

Faciəvi şəkildə ölən müğənni haqqında yeni film çəkilir
2 aprel 2021
# 13:19

Məşhur britaniyalı müğənni Emi Uaynhaus haqqında yeni sənədli film çəkilir.

Kulis.az xəbər verir ki, filmin çəkilməsində əsas təşəbbüs mərhum sənətçinin anasından gəlib. o bildirib ki, tamaşaçılar hələ mənim böyütdüyüm Emini tanımır.

Qeyd edək ki, müğənni haqqında 2015-ci ildə çəkilən "Amy" sənədli filmi "Oskar" qazanmışdı. Ailəsi isə bu filmdə əsassız iddiaların olduğunu deyərək filmdən razı qalmamışdı.

Emi Uaynhaus 2011-ci ildə 27 yaşında alkoqol zəhərlənməsindən dünyasını dəyişib.

# 1829 dəfə oxunub

Müəllifin son yazıları

# # #