Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar Teatrı”nın premyerası keçirildi

Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar Teatrı”nın premyerası keçirildi
7 may 2015
# 13:49

Mayın 4-də Azərbaycan Yaradıcılıq Fondunun “Sönməyən Ulduzlar Teatrı”nın səhnələşdirdiyi “Təzə ilin, köhnə nağılları” pyesinin premyerası olub. Kulisin məlumatına görə Gənc Tamaşaçılar Teatrında oynanılan əsər tanınmış rejissor, dramaturq mərhum Hafiz Fətullayevin xatirəsinə həsr edilib.

Tamaşanın rejissoru Mehman Cəfərov, quruluşçu rəssam Nabat Səmədova, bəstəkarı isə Xalq artisti Eldar Mansurovdur.

İki hissəli lirik psixoloji dram janrında yazılmış əsərdə Kənan rolunda Əməkdar artist Rafiq İbrahimov, poçtalyon rolunda Əməkdar artist Firuz Xudaverdiyev, Nailə rolunda Əməkdar artist Şükufə Musayeva, Mixail rolunda Əməkdar mədəniyyət işçisi Rafiq Kaşanlı, Vəfa rolunda Rəna Məlikova, Zarema rolunda Elmira İdayatova və başqaları oynayıblar.

# 1241 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #