Xalq artisti: "O, dünya musiqi xəzinəsinin bir parçasına çevrilib"

Xalq artisti:   "O, dünya musiqi xəzinəsinin bir parçasına çevrilib"
18 sentyabr 2025
# 11:40

"Hazırda mən “Koroğlu” operası üzərində işləyirəm. Sentyabrın 28-də bu möhtəşəm opera təqdim olunacaq”.

Kulis.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Musiqi Günündə jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, Xalq artisti Yusif Eyvazov deyib.

O qeyd edib ki, Cüzeppe Verdi və digər dünya şöhrətli İtaliya bəstəkarlarının musiqilərinin ruhunu “Koroğlu” operasında hiss etmək mümkündür: “Bu da onu göstərir ki, Üzeyir Hacıbəylinin musiqisi artıq dünya musiqi xəzinəsinin bir parçasına çevrilib”.

Xalq artisti bildirib ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının əsas vəzifələrindən biri də bu cür əsərləri dünya opera səhnələrinə çıxarmaqdır.

“Belə dəyərli operaların beynəlxalq tamaşaçılara təqdim olunması çox vacibdir. Mədəniyyət Nazirliyi və dövlətimiz bu layihəyə dəstək verir. Bizim əsas məqsədimiz “Koroğlu” operasını dünyada tanıtmaqdır", - deyə Yusif Eyvazov əlavə edib.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər