Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”- MÜSAHİBƏ

Azərbaycanlı seksual model: “Erotik filmə çəkilmərəm”-<span style="color:red;"> MÜSAHİBƏ
17 dekabr 2014
# 08:30

Nuridə Əliyeva... Hardasa iki il bundan öncə saytların birində qarabuğdayı bir modelin cəsarətli şəkillərinə baxdım. Əvvəl elə düşündüm ki, bu hansısa əcnəbi bir modelin şəkilləridi. Onun azərbaycanlı olduğunu biləndə düzü çox təəccübləndim. Sonra təsadüfən onunla tanış oldum. Olduqca səmimi bir xanımdır. Xasiyyətinə az da olsa bələdəm. Səmimi və cəsarətli olan bu xanım həm də çox maraqlı həmsöhbətdir. Onunla istənilən mövzuda danışa bilərsən. Yalnız şəxsi həyatından başqa...

- Nuridə, oxucularımıza sizi necə təqdim edim... Model, yoxsa aktrisa kimi?

- Model Nuridə Əliyeva.

- Bir az keçmişdən başlayaq. Uşaqlığınız necə keçib?

- Uşaqlığımın çox şən keçib. Buna baxmayaraq hər zaman tək olmağı sevirdim və bundan həzz alırdım. Balaca olanda oğlanlar mənə “acıdil” deyirdilər.

- Modelliyə həvəsiniz necə yarandı? Nə vaxt qərar verdiniz ki, siz məhz model olmalısınız?

- Uşaqlıqda barbi gəlinciyimin podiumda addımlamasının şəklini çəkməyi çox xoşlayırdım. Böyüyəndə şəklini çəkdiyim qıza çevrilməyə qərar verdim.

- Valideynləriniz bu istəyinizi necə qarşıladı?

- Bizim ailədə hər zaman hörmət olub. Mənim seçimimə də valideynlərim hörmətlə yanaşdı.

- Modellikdən qabaq hansı işlə məşğul olmusunuz?

- Modellikdən qabaq işləmirdim, təhsil alırdım. Xarici Dillər Universitetində oxumuşam.

- Model olmasaydınız hansı peşəni, işi seçərdiniz?

- Astronavt.

- Mən bilirəm ki, mütaliə etməyi çox sevirsiniz. Hansı yazıçıların əsərlərini oxuyursunuz?

- Dostoyevski, Bulqakov, Saltıkov-Şedrinin yaradıcılığını çox sevirəm. Bununla yanaşı Rey Bredberinin hekayələrini, Con Tolkienin nağıllarını, Stefan Sveyqin novellalarını da xoşlayıram.

- Bu günə kimi hansı əsər sizi sarsıdıb?

- Stefan Sveyqin “Naməlum qadının məktubu” novellası məni çox təsirləndirdi.

- Bəs Azərbaycanda hansı yazıçıları tanıyırsınız?

- Azərbaycan ədiblərindən Cəlil Məmmədquluzadə, Hüseyn Cavid və Abbasqulu Ağa Bakıxanovu çox sevirəm.

- Nuridə, yaşınıza baxıram çox gəncsiniz, cəmi iyirmi dörd yaşınız var. Bu yaşda öz ayaqların üstə dayanmaq, heç bir yerdən yardım, kömək gözləmədən həyatla mübarizə aparmaq çətin deyil ki?

- Arzularımı gerçəkləşdirmək üçün həyat məni bütün imkanlarla təmin edir.

- Gələk əsas suala... Yəqin ki, bu sualın cavabı bir çox adamı maraqlandıracaq. Nuridə necə oldu ki, çılpaq şəkillər çəkdirməyə qərar verdiniz? Məncə sizdən öncə heç bir model bu addımı atmamışdı... Qismən soyunanlar var idi, amma sizin kimi heç kim belə cəsarətli fotolar çəkdirməmişdi...Heç kimin etmədiyini etdin, çılpaq şəkillər çəkdirdin, yenilik etmək istədin. Şəkillər saytlarda, sosial şəbəkələrdə yayılanda insanlar bunu xoş qarşılamadılar. Hər kəs öz səviyyəsinə uyğun tənqid elədi. Yəqin siz özünüz də şəkillərinizin altına yazılan şərhləri oxumusunuz. Bu şərhləri oxuyanda nə hiss keçirmisiniz? Xasiyyətcə təmkinli, mülayim bir xanıma oxşayırsınız? Yanılmıram ki?

- İnsanların sayı qədər ağız dadı olur. Ac adamla dadla bağlı mübahisə etmək olmaz. Bu kommentlərin çoxu məni əyləndirir, güldürür, sözün düzü, mənim bu fikirləri hamısını oxumağa o qədər də vaxtım olmur. Allah hər birinə xoşbəxtlik nəsib etsin və mənim şəkillərim onların ömürlərinin dəqiqələrini əllərindən almasın.

- Yəqin ki, ailənizin bu şəkillərdən xəbəri var. Onların reaksiyası necə oldu?

- Əlbəttə onlar bu şəkillərin hər birini görüblər. Karyeramın başlanğıcında onlar nəyə getdiyimi bilirdilər. Hər zaman mənimlə həmfikir olublar.

- Bir az bundan öncə vurğuladım ki, sizdən öncə heç bir model lüt şəkillər çəkdirməmişdi. Amma sizin fotosessiyanızdan sonra bir neçə model də lüt şəkillər çəkdirdi. Ancaq sizin qədər tanınmadılar. Bunun sirri nədir?

- Əsas kəmiyyət yox, keyfiyyətdir. Mən hər hansı bir qərarı verdikdə o işə canımı, ürəyimi qoyuram. Düzünü desəm mən bunu publika üçün yox, özüm üçün etmişdim. Yeni başlayanda birdən-birə belə gurultulu alqışları təsəvvürümə belə gətirə bilməzdim. Bilmirəm məndən sonra belə şəkilləri kim çəkdirib, sözün düzü bu məni heç maraqlandırmır da. Vacibi sərhədi keçməməkdir. Yəni incəsənətin bitdiyi yerdə biabırçılıq və tərbiyəsizlik başlayır.

- Hər soyunan model ola bilərmi?

- Soyunmaqla model olmaq mümkün deyil.

- Estetik əməliyyat elətdirən xanımlara necə baxırsınız?

- Cavan yaşlarda belə üsullardan istifadə etmək düz deyil. Belə bir məşhur deyim var: “Hər bir qadın gözəldir, kifir qadın yoxdur, baxımsız qadın var”. Mən bu fikirlə tam razıyam. Amma yaşlanandıqca bəzi hissələri korlamamaq şərti ilə korrektə etmək olar.

- Sizin şəkillərinizin altına yazılan şərhlərdə estetik əməliyyat olunduğunuzu deyirlər. Bu böhtandımı, yoxsa doğrudan da estetik əməliyyat olunmusuz?

- Bunların hamısı yalandır. Mən yaxşı genetik quruluşa malikəm və hər gün idmanla məşğul olmağım bu quruluşu qoruyub saxlamağa imkan verir.

- Xüsusi bir pəhriz saxlayırsınız?

- Yox, sadəcə düzgün qidalanıram.

- Nuridə, səmimi cavab verməyinizi xahiş edəcəm. Heç olurmu şəkillərinizə baxıb peşman olasınız? Kifayət qədər gözəlsiz, siz lüt soyunmasaydınız da indiki qədər tanına bilərdiniz... Heç bu haqda düşünmüsünüz?

- Addımı atanda xoşbəxt oluramsa, deməli peşman olmağa dəyməz.

- Siz tanınmaq üçünmü lüt şəkillər çəkdirdiniz?

- Bu şəkillərsiz də tanına bilərdim, baxmayaraq ki, tanınmaq alovu ilə heç vaxt yanmamışam. Sadəcə olaraq özüm üçün etdiyim bir iş böyük rezonans yaratdı.

- Bir çox televiziya proqramlarından sizə iş təklifi gəlir, ancaq siz qəbul etmirsiniz. Sizi təklif olunan qonorar qane etmir, yoxsa?

- Məni dəvət aldığım verilişlərin formatı qane etmir.

- Süd məhsulunun reklam çarxına çəkilmişdiniz. Amma nədənsə həmin reklam çarxının yayılmasına qadağa qoyuldu. Qadağanın sizinlə bağlı olduğunu deyirlər...

- Qadağanın səbəbkarı mən deyiləm. Reklamın ssenarisi qadağaya səbəb olub. Mən sadəcə rolumu oynamışam. Qalanının mənə dəxli yoxdur.

- Hər hansı yerli, ya da xarici filmə dəvət almısınız?

- Təkliflər olub. Ancaq bu təkliflər məni qane etməyib.

- Siz olduqca cəsarətli xanımsınız... Elə buna görə də əminəm ki, sizin cavabınız səmimi olacaq. Erotik filmə çəkilməyi təklif etsələr, çəkilərsiniz?

- Xeyr.

- Ailə qurmağa münasibətiniz necədir? Sizcə insanlar məntiqlə ailə qurmalıdır, yoxsa sevərək?

- Məhəbbət və məntiq bir-birinə əks olsalar da ailədə hər ikisi vacibdir.

- Sevgiliniz varmı?

- Şəxsi həyatım barədə danışmağı sevmirəm. Elə buna görə də şəxsi həyat adlanır.

- Sevginin anlamı nədir sizin üçün?

- Sevgi corabların və qırmızı dodaq boyalarının satılması üçün, reklamçılar tərəfindən icad olunub (Gülür).

- Aşiq olmusuz?

- Bəli, bizim eradan əvvəl.

- Bir gün aşiq olsanız və o adam sizdən modelliyi atıb, evdar xanım olmağınızı istəsə razılaşarsınızmı?

- Qabaqcadan bu barədə heç nə deyə bilmərəm, yaşayarıq, görərik.

- Bürclərə inanırsınız? Əqrəb bürcüsünüz, deyirlər bu bürc altında doğulan adamlar çox ehtiraslı olur...

- Yox, mən elmi fantastikanı daha çox sevirəm.

- Hansı kişilər sizin zövqünüzcədir, ağıllı yoxsa yaraşıqlı?

- Şəxsən mənim üçün kişilərdə əsas yumor hissi, intellekt və kişilikdir.

- Əsl kişi necə olmalıdı?

- Ağıllı və səxavətli.

- Bu müsahibəni oxuyan insanlara sözünüz varmı?

- Xoşbəxtlik, sevgi və səbir.

Səidə Haqverdiyeva

# 3391 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #