"Arsenal" qalib olsun - Tanınmış yazıçı final oyunundan danışdı

"Arsenal" qalib olsun - Tanınmış yazıçı final oyunundan danışdı
29 may 2019
# 12:30

“Arsenal” finalda qalib olsun.”

Bu sözləri Kulis.az-a açıqlamasında tanınmış yazıçı, futbol həvəskarı Seyran Səxavət söyləyib.

“Bugünkü finalı televiziyadan izləyəcəm. “Arsenal”a azarkeşlik edəcəm. İstəyərdim onlar qalib olsun. Ona görə ki, orda Məsut Özil var. Harda türk varsa, mən ona tərəfəm. Mixitaryan Məsut Özilin yanında heç nədir. Məsut olan yerdə o kimdir ki?”

Xatırladaq ki, Seyran Səxavət lap gənclik illərindən futbol azarkeşi kimi tanınır. O, özünü ən istedadlı futbol azarkeşi adlandırır.

# 1799 dəfə oxunub

Müəllifin son yazıları

# # #