Bu gün Avroviziya 2011 mahnı müsabiqəsinin qalibləri Eldar Qasımovla Nigar Camal Bakı 2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimlərində çıxış edəcək iştirakçıların dinləmələrinə qatılıblar. Kulis.Azın məlumatına görə qaliblər mərasimlərdə rol alacaq iştirakçıların qarşısında həvəsləndirici çıxış ediblər.
İştirakçıları ruhlandıran Avroviziya qalibləri iri beynəlxalq yarışlarda uğurla çıxış etmək üçün fədakarlıq və hazırlığın əhəmiyyətini vurğulayıblar. Eldar Qasımov bildirib ki, bu Azərbaycan üçün çox böyük tarixi hadisədir və hər bir könüllü fəxrlə bu tarixin yaradılmasında iştirak etməlidir.
Nigar Camal isə deyib: “Öz ölkəni böyük beynəlxalq yarışlarda təmsil etmək inanılmaz hissdir və bir çox azərbaycnalı gəncin Bakı 2015 Avropa Oyunlarında bu cür imkan əldə etmələri mənim üçün xoşdur”.
Daha sonra açılış və bağlanış mərasimlərini hazırlayan “Five Currents” şirkətinin baş prodüsseri cənab Tom Bisinyano çıxış edib. O, açılış və bağlanış mərasimlərində 6 minə yaxın könüllülərə ehtiyac olacağını vurğulayıb: “Möhtəşəm bir tədbir keçiriləcək. Bizə qoşulub zəngin təcrübə əldə edə bilərsiz”.
Bakı 2015 Avropa Oyunları mərasimlərinin iştirkaçılarından olan Xumar Quluzadə burda olduğuna görə qürur duyduğunu bildirib. O, hər kəsi mərasimlərdə rol almağa dəvət edib: “Məşqlər cümə, şənbə və bazar günləri keçirələcək deyə dərs davamiyyətinə maneçilik törətmir. Odur ki, bütün gəncləri bu mərasimlərdə iştirak etməyə dəvət edirəm. Burda hər kəsə rol tapılacaq”.