AYB-nin mənzilləri satıldı

AYB-nin mənzilləri satıldı
10 iyul 2014
# 12:29

Azərbaycan Yazıçılar Birliyinə (AYB) “Abidə” MTK şirkəti tərəfindən ayrılan 9 mənzildən sonuncusu satılaraq, əldə olunan vəsait mənzil sahibləri arasında bölüşdürülüb.

AYB-nin mənzil komissiyasının sədri Rauf Aslanov APA-ya bildirib ki, sonuncu mənzil tənqidçi Əsəd Cahangir, şairlər Salam Sarvan, Xanəmir Telmanoğlu və mərhum Şaiq Vəliyə məxsus olub.

R.Aslanov əlavə edib ki, Şaiq Vəlinin ailəsinə çatacaq pul varislik haqqında notarius sənədi təqdim edəndən sonra ailə üzvlərinə veriləcək.

Qeyd edək ki, Yazıçılar Birliyinə verilən 9 mənzilin hər biri 105 kvadrat metr olmaqla iki otaqdan ibarətdir. AYB rəhbərliyi mənzilləri növbədə olan 36 nəfər arasında bölüb.

# 1820 dəfə oxunub

Müəllifin son yazıları

# # #