Məşhur yazıçı: “Sevgilimlə yataqda qalmaq istəyərəm”

Məşhur yazıçı: “Sevgilimlə yataqda qalmaq istəyərəm”
23 yanvar 2015
# 22:00

Yapon yazıçısı Haruki Murakaminin oxucuların suallarını cavablandırması üçün təsis edilən internet saytı fəaliyyətə başlayıb. Kulis.az-ın hurriyet.com-a istinadən verdiyi xəbərə görə yazıçının şərhləri insanları çaşdırıb.

Haruki Murakamiyə məxsus “Shinchosha” nəşriyyatı tərəfindən yaradılan “Murakaminin Yeri” adlı sayta dünyanın dörd bir yanından oxucu sualları gəlib. Yazıçı sayt vasitəsilə oxuculara cavab verib.

“Guardian” qəzeti “Murakami qadınlarla flört edən adamlar kimi oxuculara cavab verir” deyə yazıb. Murakami isə oxucuların ən dəxilsiz suallarını belə cavabsız buraxmayıb.

Bir oxucu “Arvadımın gəyirməsinə dözə bilmirəm. Nə edim?” adlı sualla yazıçıya müraciət edib. Murakami “Gəyirməsi qaz çıxarmasından daha yaxşıdır” deyə, onun sualına cavab verib.

Bir başqa oxucunun “Sürəkli Nobel üçün çalışıb hər dəfə ala bilməmək necə bir hissdir?” sualına “Çox cansıxıcıdır, lap at yarışı kimi bir şeydir” deyə cavab verib.

Murakamidən verilən diqqətçəkən suallardan biri də pişiklərlə bağlı olub. “Sizcə pişiklər insan hisslərini anlaya bilərmi? Pişiyim Bobo mənim ağladığımı görəndə qaçır” sualına yazıçı “Məncə siz, ya da pişiyiniz həddən artıq duyğusaldır. Bu günə qədər çoxlu pişiyim olub, amma hamısı eqoist idi”.

“Uzun müddət bir yerdə qalmalı olsanız haranı seçərdiniz?” sualına isə yazıçı “Əlbəttə ki, sevgilimlə yataqda qalmaq istəyərəm. Başqa hara ola bilər ki?” cavabını verib.

# 1055 dəfə oxunub

Müəllifin son yazıları

# # #