Barak Obamanı öldürmək istəyən aktrisaya 18 il iş verildi

Barak Obamanı öldürmək istəyən aktrisaya 18 il iş verildi
17 iyul 2014
# 11:29

Amerika məhkəməsi aktrisa Şennon Ges Riçardsonu 18 il həbs cəzasına məhkum edib. Kulis.Azın Associated Press agentliyinə istinadən verdiyi xəbərə görə aktrisa prezident Barak Obamaya və Nyu-Yorkun meri Maykl Blumberqə risin maddəsi olan (zəhərli maddə) məktub göndərməkdə ittiham olunur.

Federal Məhkəmə onun istintaqla əməkdaşlığını və səmimi peşmanlığını nəzərə alaraq ömürlük həbs cəzası verməyib. 36 yaşlı aktrisa 6 uşaq anasıdır. O, zəhərli məktub yollamasının səbəbini ərini nüfuzdan salmaq üçün etdiyini deyib.

O, istintaqa ifadəsində əvvəlcə məktubu əri, Amerika ordusunun veteranı Nataniel Riçardsonun göndərdiyini iddia eləsə də, sonradan özünün göndərdiyi aydınlaşdırılıb.

# 2544 dəfə oxunub

Müəllifin son yazıları

# # #