Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək

Fərid Hüseynin kitablarının təqdimat mərasimi keçiriləcək
15 aprel 2013
# 13:38

Gənc şair Fərid Hüseynin “Qandalı görməsin” (həbsxana xatirələri) və “Dözmək üçün məşq” (şeirlər və esselər) adlı kitablarının təqdimatı olacaq. Kulis.Azın məlumatına görə gənc şairin yeni kitablarının təqdimat mərasimi 17 aprel saat 14:00 da Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natavan klubunda keçiriləcək.

“Qafqazinfo.az” saytının kitabxanası seriyası”ndan çap olunan kitabda F. Hüseynin 4 ay ərzində həbsxanada keçən günlərindən bəhs olunur.

Kitabda “Edam dəhşəti”, “Qorxu”, “Təbriz həbsxanasına gedənəcən” və s hissələr yer alıb. Kitabda günahsız yerə həbs olununa iki insanın həyatından, məhbusların zülmündən və hücrələrin dəhşətindən bəhs olunur.

Kitabın redaktoru İlahə Ucaruh və Etimad Başkeçiddir.

“Dözmək üçün məşq” adlı kitabda isə şairin son illərdə yazdığı şeirlər və esseləri toplanıb.

# 1778 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #