Ramiz Qusarçaylı istefa verdi

Ramiz Qusarçaylı istefa verdi
17 mart 2015
# 16:28

“Yaradıcılıq məsələlərinə mane olduğu üçün istefa verdim”. Bu sözləri Kulisə açıqlamasında Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsinin sədri, şair Ramiz Qusarçaylı deyib.

Bir müddət öncə ərizə yazaraq AYB Quba bölməsinin sədri vəzifəsindən istefa verən şair iki işdə işləməyin çətin olduğunu bildirib: “Mənim rəsmi işim də var. İki işdə işlədiyim üçün yaradıcılıq məsələlərinə vaxt tapa bilmirəm. Buna görə sədrlikdən istefa vermək qərarına gəldim. Burda 1993-cü ildə yaratdığım “Ay işığı” adlı ədəbi məclisin də rəhbəriyəm. Burada bölgə şair-yazarlarını toplayıb ayda bir dəfə ədəbi məclis təşkil edirik. Məclisə rəhbərliyi davam etdirəcəm”.

Quba bölməsinin sədri vəzifəsinə “Qobustan” jurnalının baş redaktoru Vaqif Əlixanlı təyin edilib.

# 1088 dəfə oxunub

Müəllifin son yazıları

# # #