Mövlud Süleymanlı: “Bəli, nominasiyaları birləşdirmişik”

Mövlud Süleymanlı: “Bəli, nominasiyaları birləşdirmişik”
6 mart 2013
# 14:10

“Yaşar Qarayev və Nəcəf Nəcəfov mükafatlarının birləşdirilməsində qeyri-adi heç nə yoxdur. Münsiflər Heyətinin verdiyi bu qərardan sensasiya düzəltməyə dəyməz”.

Bu fikirləri Kulis.az-a verdiyi açıqlamada xalq yazıçısı, Yazıçılar Birliyi Ədəbiyyat Mükafatının Münsiflər Heyətinin sədri Mövlud Süleymanlı deyib.

Mövlud Süleymanlı deyib ki, mükafatın qalibləri ilə bağlı Kulis.az-ın çap etdiyi siyahıda yanlışlıqlar var, amma o bu yanlışlıqların nədən ibarət olmasını açıqlamaqdan imtina edib.

Xalq yazıçısı fevralın 22-də mətbuata verdiyi açıqlamada bildirmişdi ki, qaliblərin adları bir-iki günə açıqlanacaq. Ancaq qaliblərin adları hələ də açıqlanmayıb.

Mövlud Süleymanlı bildirib ki, qaliblərin adının bir az gec acıqlanması bayramla bağlıdır: “Qərarımızı son çərşənbədə açıqlamaqla qaliblərə bayram hədiyyəsi etmək istəyirik”.

# 2028 dəfə oxunub

Müəllifin son yazıları

# # #