Məşhur rejissor Rusiyada film çəkəcək

Məşhur rejissor Rusiyada film çəkəcək
21 noyabr 2019
# 16:20

Cənubi koreyalı rejissor Kim Ki Duk Moskvada film çəkməyə hazırlaşır

Kulis.az rus mətbuatına istinadən verir ki, rejissor bu barədə Soçi Beynəlxal film festivalında rus saytlarının birinə verdiyi müsahibədə danışıb.

“Mən tez-tez Moskvaya gedirəm. Orda yeni layihə üzərində işləyirəm. Buna görə də yeni filmimi Moskva və ya Moskvaya yaxın ətraflarda çəkmək istəyirəm. Digər tərəfdən isə orada kinomatoqrafiya sahəsində çalışan yaxın dostlarım var. Hesab edirəm ki, onlar mənimlə bu filmdə birgə işləyə bilərlər.

Artıq çoxlu ssenarilər yazmışam. Onların hansının film üçün istifadə olacağı barədə düşünürəm. Ancaq bütün hallarda bu film Kim Ki Duk stilində olacaq.

# 2122 dəfə oxunub

Müəllifin son yazıları

# # #