Nikita Mixalkovdan ana söyüşü ETİRAZI

Nikita Mixalkovdan ana söyüşü ETİRAZI
30 iyun 2014
# 11:13

Məşhur rus rejissoru Nikita Mixalkov sənət əsərlərində qeyri-normativ leksikonu qadağan edən qanunun korrektəyə ehtiyacı olduğunu deyib.

Kulis.az-ın məlumatına görə rejissor İTAR TASS agentliyinə verdiyi müsahibədə qeyd edib ki, müharibə filmini ana söyüşsüz təsəvvür etmək mümkün deyil:

“Rus ana söyüşü- incə materiyadır. Bu rus xalqının dahiyanə kəşflərindən biridir. Amma bu gün ekranda ana söyüşünün çoxalmasına da qarşıyam”.

Rejissora görə, qeyri-senzor lüğətə o halda bəraət verilə bilər ki, o, insanın ağır vəziyyətini, məsələn, ölümə və ya ağrıya münasibətini ifadəyə kömək edir.

Mixalkov daha sonra bildirib: “Amma ana söyüşü ünsiyyət vasitəsinə çevrilirsə və o, ekrandan tamaşaçıya xitab edirsə bu, epatajdır, iyrəncdir. Mən özüm də ana söyüşü söyürəm. Amma adi söhbətdə bunu məndən eşitməzsiniz".

# 2142 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #