Azərbaycan kinosu Kann Kinofestivalında

Azərbaycan kinosu Kann Kinofestivalında
17 aprel 2014
# 10:23

Azərbaycan kinosu tarixində ilk dəfə olaraq "Sonuncu" qısametrajlı bədii filmi 67-ci Kann Beynəlxalq Kinofestivalının əsas müsabiqə proqramlarından biri olan "Qısa metr" proqramına daxil edilib.


Mədəniyyət və Turizm Nazirliyinin kino şöbəsindən APA-ya verilən məlumata görə, nazirliyin sifarişi ilə C. Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası və "Buta Films" şirkətinin birgə istehsal etdiyi filmin quruluşçu rejissoru Serqey Pikalov, ssenari müəllifləri Serqey Pikalov, Aleksandr Krasavin, quruluşçu operatoru Denis Madışev, quruluşçu rəssamı Əziz Məmmədov, prodüserləri Mariya İvanova, Nəsib Piriyev və Müşfiq Hətəmovdur.

İkinci dünya müharibəsinin veteranı barədə fəlsəfi və ibrətamiz hekayəni tamaşaçıya nəql edən filmdə İdris Rüstəmov və Corc Qafarov çəkiliblər.

Qeyd edək ki, "Qısa metr" proqramının münsiflər heyətinin sədri dünya şöhrətli İran kinorejissoru Abbas Kiarostamidir.

# 1608 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #