Kino səfərləri “Kinosəyyah” proqramı ilə dəstəklənəcək

Kino səfərləri “Kinosəyyah”  proqramı ilə dəstəklənəcək
24 iyul 2025
# 15:50

Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) kinematoqrafçılarımızın işgüzar səfərlərini dəstəkləyir. Bundan sonra AKİ-nin bu dəstəyi “Kinosəyyah” proqramı vasitəsilə həyata keçiriləcək.

Kulis.az xəbər verir ki, AKİ bu məqsədlə aidiyyəti orqanlara müraciət edib və əlavə vəsaitin cəlb edilməsində əzmlidir.

Azərbaycan Kinematoqrafçılar İttifaqı həm kinomuzun beynəlxalq əlaqələrinin inkişafı, həm kinematoqrafçılarımızın peşə hazırlıqlarının artması üçün bu səfərləri mühüm sayır. Bu məqsədlə “Kinosəyyah” proqramının maliyyə resurslarının inkişafı üçün əzmlərini əsirgəməyəcək.

İttifaq 2024-2025-ci illərdə yeni Azərbaycan kinosunu beynəlxalq arenada təbliğ etmək üçün 21 nəfərin bilet xərclərini ödəyib. Çünki Azərbaycan kinosunun dünya kinosuna inteqrasiyası AKİ-nin ümdə məqsədlərindən biridir.

AKİ bu tipli səfərləri 2019-cu ildən dəstəkləyir.

# 121 dəfə oxunub

Müəllifin son yazıları

# # #