“Azdrama” Beynəlxalq Teatr Festivalında iştirak edəcək

“Azdrama” Beynəlxalq Teatr Festivalında iştirak edəcək
1 oktyabr 2014
# 10:21

Akademik Milli Dram Teatrının kollektivi bu gün Gürcüstana yola düşür. Teatr Tbilisi Beynəlxalq Teatr Festivalında iştirak edəcək.

Bu barədə Kulis.az-a teatrdan məlumat verilib.

Məlumata görə, kollektiv festivalda “Kitabi-Dədə Qorqud” dastanının “Dirsə xan oğlu Buğac” boyu əsasında hazırlanan “İlahi oyun” tamaşası ilə çıxış edəcək.

Festivalda “Yeni teatr marketi” proqramı çərçivəsində təqdim olunan Akademik Milli Dram Teatrının tamaşası 3 oktyabr tarixində, Kote Marcanişvili adına Dövlət Dram Teatrının böyük səhnəsində yerli vaxtla saat 20.00-da nümayiş etdiriləcək.

Rejissor Mikayıl Mikayılovun quruluşunda hazırlanan tamaşada Əməkdar artistlər Vidadi Həsənov (Ozan-Ata), Pərviz Məmmədrzayev (Ozan-Oğul), aktyorlar Nigar Güləhmədova (Ozan – Ana) və Novruz Novruzlu (Kut) çıxış edirlər.

# 1406 dəfə oxunub

Müəllifin son yazıları

# # #