Özbəkistanın Xalq artisti, balerina Quli Xamrayeva 76 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə Özbəkistanın "Podrobno" nəşri məlumat yayıb.
Xamrayeva Özbəkistan Dövlət Akademik Böyük Teatrının prima balerinası olub. O, “Baxçasaray fəvvarəsi”, “Don Kixot”, “Esmeralda”, “Spartak”, “Məhəbbət talismanı”, “Jizel”, “Qu gölü”, “Zoluşka” və başqa tamaşalarda baş rolları ifa edib.
- "Forsaj 10" filmi bu tarixdə göstəriləcək
- Bu dəfə Qarabağdan yalnız gənclər yazacaq – Yaş həddi 35
- Salvador Dali və Uolt Disneyin birgə hazırladığı cizgi filmi - Video
Tənqidçilərin sözlərinə görə, onun rəqsi lirizm, psixoloji dərinlik, hərəkətlərin nadir harmoniyası və xoreoqrafik jestlərlə səciyyələnib. O, 1983-cü ildə Özbəkistanın Xalq artisti adını alıb.