“Əsəd Cahangir ən yaxşı adamı çox pis, çox pis adamı isə mələk kimi təqdim edə bilər. Ona görə də onun mənim haqqımda dediklərindən təəccüblənmirəm”.
Bu sözləri Kulis.az-a verdiyi açıqlamada şair Mübariz Məsimoğlu deyib.
Mübariz Məsimoğlu bildirib ki, bir neçə dəfə Əsəd Cahangir haqqında tənqidi fikirlər səsləndirib, buna görə də tənqidçinin hədəfinə düşüb: “Əsəd ağa qara, qaraya ağ deməklə ədəbiyyatı gözdən salır. Mən isə onu bu cür görmək istəmirəm. İstəmirəm ki, içi murdar şəkildə üzə vursun. Buna görə də müəyyən tənqidi fikirlərimi həmişə demişəm. Görünür, bu onu bərk qıcıqlandırıb. Ona uğurlar diləyirəm”.
- “Anamın kitabı” yenidən Akademik Milli Dram Teatrının səhnəsində
- Azərbaycan Ankarada keçirilən 21-ci Kitab Sərgisinin fəxri qonağıdır
- Xalqsız xalq şairləri - Hüseyn Arif
Xatırladaq ki, tənqidçi Əsəd Cahangir öz Facebook statusunda yazıb: “Bəzi adamların statuslara yazdığı şərhləri oxuyanda görürsən ki, onların ədəbiyyat, xüsusən də poeziya haqda təsəvvürləri hətta Mübariz Məsimoğludan da məhduddur”.