“Dostluq” kinoteatrı daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər

“Dostluq” kinoteatrı  daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilə bilər
10 fevral 2024
# 10:40

“Dostluq” kinoteatrının sökülməsi ilə bağlı yayılan məlumatlarla əlaqədar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin nümayəndələri aidiyyəti qurumların əməkdaşları ilə birgə tikiliyə baxış keçiriblər.

Kulis.az xəbər verir ki, binanın qorunması, qəzalı vəziyyətə düşmüş memarlıq elementlərinin bərpası, eləcə də binada möhkəmləndirmə işlərinin aparılması planlaşdırılıb: “Azadlıq prospekti 76 ünvanında yerləşən “Dostluq” kinoteatrının binası dövlət mühafizəsinə götürülmüş daşınmaz tarix-mədəniyyət abidələrinin siyahısına daxil deyil. Kinoteatrın binası xüsusi mülkiyyətdədir”.

Sorğuya cavabda o da vurğulanıb ki, 1952-ci ildə inşa olunan tikilinin tarixi əhəmiyyəti nəzərə alınaraq daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına daxil edilməsi ilə bağlı təkliflərə baxılır.

APA

# 683 dəfə oxunub

Müəllifin son yazıları

# # #