Şəki Teatrı mövsümə “Davul səsi” ilə yekun vuracaq

Şəki Teatrı mövsümə “Davul səsi” ilə yekun vuracaq
6 iyul 2017
# 15:50

Sabit Rəhman adına Şəki Dövlət Dram Teatrı türk dramaturqu Hidayət Sayının “Davul səsi” əsərinin nümayişinə hazırlaşır.

Teatrdan Kulis.az bildirilib ki, əsər ilk dəfə səhnəyə qoyulur. Tamaşanın məşqləri bir neçə ay əvvəl başlayıb və artıq sona yetməkdədir. Yaxın günlərdə premyera baş tutacaq və Şəki teatrı mövsümü bu əsərlə bağlayacaq.

Tamaşanın quruluşçu rejissoru Mirbala Səlimli, quruluşçu rəssamı Nicat Məmmədovdur. Rəqslərə Çingiz Novruzəliyev quruluş verib. Tamaşada rolları Lalə Məmmədova, Xanlar Həşimzadə, Akif Yusifov, İqrar Salamov, Fidan Lətifova və başqaları canlandıracaqlar.

Tamaşada həmçinin teatrın nəzdində fəaliyyət göstərən studiyanın tələbələri iştirak edəcəklər. Türküləri Türkan Xəlilova ifa edəcək.

# 1167 dəfə oxunub

Müəllifin son yazıları

# # #