Azərbaycanlı şair Rusiyada nüfuzlu mükafat qazandı

Azərbaycanlı şair Rusiyada nüfuzlu mükafat qazandı
27 mart 2014
# 13:03

Gənc yazar Nicat Məmmədov «Место встречи повсюду» şeir toplusu ilə Rusiyanın nüfuzlu ədəbi mükafatlarından olan “Russkaya Premiya”nın laureatı olub.

Müsabiqə təşkilatçıları 3 nominasiya üzrə qısa siyahıları açıqlayıblar. “Rossiyskaya qazeta” xəbər verir ki, qısa siyahıların hər birində 3 yazar yer alıb, bu isə onların artıq mükafatı qazandığını göstərir. Sadəcə, kimin neçənci yeri tutması aprelin 22-də keçiriləcək təntənəli mərasimdə bilinəcək.

Nicat Məmmədovla eyni nominasiyada digər laureatlar Fərqanədən (Özbəkistan) Şəmşad Abdullayev və Simferopoldan (Krım) Andrey Polyakovdur.

Qısa siyahının elan edildiyi mətbuat konfransında müsabiqənin münsiflər heyətinin sədri, “Znamya” jurnalının baş redaktoru Sergey Çuprinin deyib ki, “Şəmşad Abdullayev kimi klassiklərlə yanaşı yeni adları görməsinə” xüsusi olaraq sevinir: “Mənim üçün, aktual mövzularda yazan gənc şair Nicat Məmmədov bir tapıntı oldu. O, sözün birbaşa mənasında şeir yox, kompozisiyalar yaradır”.

Müsabiqəyə bu il yazıçı Natiq Rəsulzadə də qatılıb, amma qısa siyahıya düşə bilməyib.

“Russkaya premiya” Rusiyadan kənarda yaşayan və rusca yazan yazarlara verilir. 9 ildir ki keçirilən müsabiqəni Boris Yeltsinin Prezident Fondu təşkil edir. Məqsəd Rusiya sərhədlərindən kənarda rus dilini qorumaq və inkişaf etdirməkdir.

oxuzalı.az

# 1771 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #