Azərbaycanlı rejissor beynəlxalq müsabiqənin qalibi olub

Azərbaycanlı rejissor beynəlxalq müsabiqənin qalibi olub
14 noyabr 2013
# 17:28

Azərbaycanlı teatr rejissoru İradə Gözəlova İjevskdə keçirilən gənc rejissorların laboratoriyasında iştirak edib və 2 mərhələdən ibarət müsabiqədən keçərək qalib olub.

Kulis.azın "Kaspi" qəzetinə istinadən verdiyi xəbərə görə, dahi ingilis dramaturqunun xatirəsinə həsr olunmuş “Şekspir kainatı” adlı laboratoriyada final mərhələsinə keçən 6 rejissor İjevskdə Şekspirin pyesləri əsasında 6 fərqli tamaşa eskizi hazırlayıb. Finalda Moskvadan Aleksandr Qnezdilovun “Otello”, Aleksandr Nikolaevin “III Riçard, İjevskdən Andrey Oparinin “Fırtına”, Xarkovdan Roza Sarkisyanın “Hamlet”, Sankt-Peterburqdan Maksim Sokolovun “Romeo və Cülyetta” tamaşaları ilə yanaşı İradə Gözəlovanın hazırladığı “Şıltaq qızın yumşalması” tamaşa eskizi də iştirak edib. Peşəkar teatr tənqidçilərindən, rejissorlardan ibarət jüri həmyerlimizin işini birinciliyə layiq görüb.


İradə Gözəlova “Şıtaq qızın yumşalması” pyesi əsasında hazırladığı tamaşa eskizini erotik klounada formasında təqdim edib.
Müsabiqənin şərtlərinə əsasən, İradə Gözəlova bu yaxınlarda İjevskdə U.Şekspirin “Şıltaq qızın yumşalması” əsəri əsasında tamaşa hazırlayacaq.

# 1797 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #