Məşhur aktyor saxlanıldı

Məşhur aktyor saxlanıldı
18 dekabr 2025
# 11:28

Məşhur türk aktyor Okan Karacan saxlanılıb.

Kulis.az xəbər verir ki, onun saxlanılması “GAİN Media” ətrafında aparılan istintaq çərçivəsində baş verib.

İstanbul Respublika Prokurorluğunun yaydığı məlumata görə, araşdırma qanunsuz mərc fəaliyyəti, cinayət məqsədilə təşkilatlanma və cinayət yolu ilə əldə edilən vəsaitlərin leqallaşdırılması maddələri üzrə aparılır. Maliyyə Cinayətlərini Araşdırma Şurasının (MASAK) hesabatlarında şübhəli şəxs Berkin Kaya ilə əlaqəli bank hesablarında mənbəyi açıqlanmayan böyük məbləğdə nağd pul dövriyyəsi və xaricə yüksək məbləğli köçürmələrin müəyyən edildiyi bildirilib.

İstintaq materiallarında qeyd olunur ki, “GAİN Media AŞ”yə yönələn yüz milyonlarla lirəlik maliyyə axınının kommersiya fəaliyyəti ilə əsaslandırılması mümkün olmayıb və bu əməliyyatlar normal iqtisadi dövriyyəyə zidd hesab edilib.

Toplanan sübutlar əsasında Berkin Kaya, Barbaros Reşat Gülcan və Selahattin Aydın saxlanılıb. Bundan başqa, “GAİN Media AŞ” də daxil olmaqla 7 şirkətə Əmanətlərin Sığortalanması Fondu (TMSF) tərəfindən qəyyum təyin olunması ilə bağlı qərar qəbul edilib.

Hazırda faktla bağlı istintaq tədbirləri davam etdirilir.

# 122 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər