Məşhur mükafatın qalibi 4 gün sonra açıqlanacaq

Məşhur mükafatın qalibi 4 gün sonra açıqlanacaq
11 sentyabr 2013
# 13:05
Ədəbiyyat sahəsinin ən nüfuzlu mükafatlarından sayılan “Man Booker”in qısa siyahısı açıqlanıb. Kulis.Azın xarici mətbuat orqanlarına istinadən verdiyi məlumata görə “Harvest” romanı ilə siyahıda yer alan Jim Crace mükafatın favoriti olaraq göstərilir.

Mükafata əvvəllər də namizədliyi irəli sürülmüş 67 yaşlı Crace iki il yazmağa fasilə verdikdən sonra bir qatar səyahətində gördüyü tarlalardan təsirlənərək yazdığı “Harvest” romanından sonra daha yazmayacağını bildirib.

Siyahıda Yeni Zelandiyalı yazar Eleanor Cattonun qızıl axtarışları zamanı baş verən hadisələrdən bəhs edən epik romanı “The Luminaries”lə yanaşı Colm Toibin İsanın anası haqqındakı “The Testament of Mary” adlı roman da yer alır.

Kısa siyahıda yer alan digər əsərlər isə Jhumpa Lahirininin “The Lowland” əsəri, NoViolet Bulawayonun “We Need New Names” və Ruth Ozekin intihara meylli qız haqqındakı “A Tale for the Time Being” romanlarıdır.

Təbiət yazarı Robert Macfarlenin rəhbərlik etdiyi münsiflər heyətinin üzvləri radio aparıcısı Martha Kearney, tənqidçi və yazar bioqraf Robert Douglas, klassik ədəbiyyat üzrə mütəxəssis Natalie Haynes və tənqidçi-yazıçı Sturat Kellydir.

50 min fundluq mükafatın qalibi 15 sentyabr tarixində məlum olacaq.

# 1522 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #