Sağlamlığı məhdud insanlar üçün müsabiqə keçiriləcək

Sağlamlığı məhdud insanlar üçün müsabiqə keçiriləcək
10 sentyabr 2020
# 10:42

“Light for the World” beynəlxalq təşkilatı sağlamlıq imkanları məhdud olan xanımlar üçün “Onun bacarıqları” müsabiqəsi təşkil edib.

Kulis.az xəbər verir ki, müsabiqənin keçirilməsində məqsəd əlilliyi olan xanımların bacarıqları haqqında məlumat vermək, onların əldə etdikləri uğurları işıqlandırmaq, cəmiyyətdə onların barəsində olan ictimai fikri dəyişmək, özünü bərabərlik və mükəmməliyə həsr etmiş xanımlar arasında güclü şəbəkə yaratmaqdır.

Müsabiqədə iştirak edən xanımlar sağlamlıq, təhsil, hüquq, incəsənət, mədəniyyət və idman kateqoriyaları üzrə mükafatlandırılacaq. Qaliblərə sertifikat və mükafatlar veriləcək, eyni zamanda, “Light for the World” kommunikasiya komandası qaliblərin hekayələrini media və onlayn platformalar vasitəsilə yayaraq onların layihələrinin cəmiyyət tərəfindən daha çox tanınmasını təmin edəcək.

Müsabiqəyə qatılmaq üçün https://www.her-abilities-award.org/submit-nomination linkinə daxil olmaq lazımdır.

Qeyd edək ki, müsabiqə 18 yaşdan yuxarı əlilliyi olan xanımlar arasında aparılır.

# 1696 dəfə oxunub

Müəllifin son yazıları

# # #