Qənirə Paşayevanın kitabını Ajda Pekkan təqdim etdi

Qənirə Paşayevanın kitabını Ajda Pekkan təqdim etdi
4 iyul 2013
# 13:09

Millət vəkili Qənirə Paşayevanın “Türk dünyası” adlı kitabının Bakıda keçirilən təqdimatında Türkiyənin çox populyar müğənnisi Ajda Pekkan da iştirak edib.

Təqdimat mərasimində çıxış edən Ajda Pekkan dəvətdən məmnun olduğunu söyləyib: "Sizlərlə birgə olmaq çox gözəldir. Bakıya sonuncu dəfə 9 il öncə gəlmişdim. Bundan sonra həm konsert vermək, həm də sosial aksiyalarda iştirak etmək üçün tez-tez gələcəyəm bura. Hörmətli millət vəkili Qənirə xanıma bizlərə göstərdiyi diqqətə görə təşəkkür edirəm”.

Millət vəkili Qənirə Paşayeva isə öz çıxışında bildirib ki, kitab “Türk dünyasını tanıyaq və tanıdaq” projesi çərçivəsində hazırlanıb. Əsas məqsəd Türkiyənin və Azərbaycanın 6 gözəl bölgəsini qardaş xalqlara tanıtdırmaqdır.

# 1995 dəfə oxunub

Müəllifin son yazıları

# # #