Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib

Türkiyədə azərbaycanlı rəssamın sərgisi keçirilib
14 oktyabr 2019
# 15:04

Türkiyədə yaşayıb-yaradan azərbaycanlı rəssam Həmid Əlioğlunun Ankara şəhərində fərdi sərgisi açılıb.

H.Əlioğlunun əsərləri ilk növbədə plastik təsiri və rəng fəlsəfəsi ilə diqqəti cəlb edir. Rəssam deyir ki, yaradıcılığının əsl məqsədi əsərlərində estetik hiss və həyəcanı ortaya çıxarmaqdır. Ankarada açılan fərdi sərgisində də rəssamın bu mövzuları əhatə edən tabloları nümayiş olunur.

Qeyd edək ki, bu vaxtadək H.Əlioğlunun əsərləri dünyanın müxtəlif ölkələrində 20-dən artıq sərgidə nümayiş olunub. Bakıda və Ankarada fərdi sərgilər açan H.Əlioğlunun Türkiyə paytaxtındakı növbəti sərgisi də rəsmsevərlər tərəfindən böyük maraqla qarşılanıb.

Sərgi oktyabrın 21-dək ziyarətçilər üçün açıq olacaq./azertag.az/

# 1820 dəfə oxunub

Müəllifin son yazıları

# # #