Uşaq Filarmoniyası növbəti konsertə hazırlaşır

Uşaq Filarmoniyası növbəti konsertə hazırlaşır
30 may 2019
# 14:50

Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Azərbaycan Dövlət Uşaq Filarmoniyasının Uşaq-Gənclər Xalq Çalğı Alətləri Orkestri konsert proqramı ilə çıxış edəcək.

Mədəniyyət Nazirliyindən bildirilib ki, iyunun 1-də reallaşacaq konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında təşkil olunacaq. Konsert çərçivəsində respublika və beynəlxalq müsabiqələr laureatı olan ifaçılar Azərbaycan, rus və Qərbi-Avropa bəstəkarlarının əsərlərini səsləndiriləcək. /azertag.az/

# 1589 dəfə oxunub

Müəllifin son yazıları

# # #