Bir yanı divara, bir yanı boşluğa söykənən çarpayı - Amilin yeni şeirləri

Bir yanı divara, bir yanı boşluğa söykənən çarpayı - Amilin yeni şeirləri
12 iyun 2019
# 16:31

Kulis.az Amil Amalın yeni şeirlərini təqdim edir.

Əlfəcini tapıb kitabın davamını oxuduğum kimi

Tellərini qulağının arxasına keçirib

qaldığım yerdən gözlərinə baxardım.

Telləri üzünə əlfəcin qadın.

***

Gecəylə səhərin oyunu gedirdi.

Tanrı cibindən çıxardıb günəşi

Gecəyə qırmızı verirdi.

***

Telefonumda göz kilidi,
barmaq izi,
PIN kod var.

Ürəyimdə isə gözləri,
toxunuşları,
sözləri...

***

Dəli olmuşam nədir bilmirəm.

Dayanıb güzgünün qarşısında

eləcə özümə baxıram.

Özüm-özümə elə tanış gəlirəm

sanki hardasa görmüşəm.

***

Məni sevmədin deyə

Mən heç vaxt

sevmədim özümü.

***

Səma göy vərəqi,

təyyarələr qələmiydi Allahın.

Nəsə yazıb silirdi

Göstərmək istəmirdi.

***

Pay torpağı kimi
hektarlarla

ürəyimdə yerin var.
Gəl ək, becər,

kol-kos basdı məni.

***

Kaş yanımda olardın.

Elə qucaqlayardım,

qucaqlayardım səni

Bir ömürlük yetərdi,

qırılardı quluncun.

Image result for yalnızlık

***

Əşi uşaqdı qanmır da.
Əşi cavandı beyni dumanlıdı.
Əşi qoca kişidi də

huşu başında deyil.

Əşşşi...

***

Həyətimizdəki

tut ağacı kimiydim.

Bəzən çırpılırdım,

bəzən sınırdım.

Bəzən calanırdım,

bəzən qırılırdım.

Bəzən budanırdım,

bəzən saralırdım.

Bəzən yaşıl olurdum,

bəzən odun.

Bəzən çomaq olurdum,

bəzən tar çanağı.

Bəzən dirək olurdum,

bəzən yun çubuğu.

Həyətimizdəki

tut ağacı kimiydim.

***

Əsgərlər yedikləri konservlərin
qutularını atmazlar.
Bir-birinə bağlayıb səngərdən asarlar ki,
gecə düşmən gələndə

səs çıxarsın.
İtlər duyuq düşüb hürsün,
düşmən ilişib tələyə düşsün.

İndi gecəyarı bu balaca mətbəxdə,
qalaq-qalaq açılmış
boş konserv qutularına ilişib
özüm-özümçün qurduğum
tələyə düşdüyümü hiss edirəm.


Qulağıma kimsə pıçıldayır:
”Diqqət!
Deyəsən, gəlməyən var.”

***


Keçsin qoy Allah günahımdan

Yenib qürurumu əyilə bilmədim.

Yerdəki çörək parçası kimi

götürüb yerdən səni
öpüb qoya bilmədim gözlərim üstə.
Əlçatmaz yerdə durmağa
səbrin çatmaz, bilirəm səni.

***

Necə kədərlidi, ilahi.

Təkadamlıq çarpayının
bir yanının boşluğa,
bir yanının divara söykənməsi.

Yuxulu-yuxulu adamın
hər iki tərəfdən səksənib
yerə diyirlənməsi.

İçi qaz tükü ilə dolu
balışı qucaqlamağın.

Soyuq dəyməsin deyə

gecələr üstünü örtən yox.

Səliqəli olsun deyə

səhərlər çarpayının.

Təkallahlılar sinfinin
təkadamlar fəsiləsi.

Necə kədərlidi, ilahi.

Görüntünün olası içeriği: Amil Amal

# 4581 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #