Fariq Rəcəbli: “Qar niyə yağır, qar?" - Ən qısa hekayə

Fariq Rəcəbli: “Qar niyə yağır, qar?" - Ən qısa hekayə
21 dekabr 2013
# 13:00

Kulis.Az Fariq Rəcəblinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Niyə qar?” (500 işarə) hekayəsini təqdim edir

Bütün gözəl hekayət, bütün gözəl nağıllar kimi buna da yaradanın adıyla başlayıram-la başlayan sevimli filmini çoxuncu dəfə izləyirdi.

Fərz etdiyimiz yaşdadı, bildiyimiz ölkədə yaşayır və həmin şəhərin ən faydalı vətəndaşlarındandı. Özünün dediyinə görə, həyatına 10-cu kənddən başlayıb, çünki ilk 9 kənddən qovulacağını bilirmiş, vaxt itirmək istəməyib. Ağlı tez-tez qaçır deyirmişlər, bunu problem eləyib çarə axtarıb tapıb.
Əsl problemsə bir gün ağlını itirməməkçün onu çıxarıb atandan sonra başlayıb. O gün bu gündü, bu palçıq rəngli insan qarın niyə yağdığını anlaya bilmir.

# 1844 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #