Yeni teatr studiyanın ilk tamaşası təqdim olundu

Yeni teatr studiyanın ilk tamaşası təqdim olundu
17 iyul 2014
# 14:58

İyulun 16-da Akademik Milli Dram Teatrının nəzdində fəaliyyət göstərilən gənclərdən ibarət studiya "Qeyri adi konsert" adlı ilk tamaşasını təqdim etdi. Ayrı-ayrı nömrələrdən ibarət tamaşanı studiayanın cari mövsüm üçün fəaliyyətinin yekunu hesab etmək olar.Studiyanınnın bədii rəhbəri əməkdar artist Vidadi Həsənov, səhnə hərəkəti üzrə rejissoru Pərviz Məmmədrzayev, vokal üzrə müəllimi isə Zeynəb Safinadır. Tamaşaçılar qarşısında ilk dəfə çıxış edən gənclər öz səs, plastika və aktyorluq bacarıqlarını nümayiş etdirdi. Truppanın təqdim etdiyi pantomima və klounada nömrələri, rəqslər tamaşaçıların alqışları ilə qarşılandı. Tamaşada Akademik teatrın aktyorları Bəsti Cəfərova, Səidə Quliyeva, Ramiz Novruz, Şəlalə Şahvələdqızı, Ayşad Məmmədov və başqaları iştirak edirdi.

# 1459 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #