Jurnalist AYB-ni növbəti dəfə məhkəməyə verib

Jurnalist AYB-ni növbəti dəfə məhkəməyə verib
12 iyun 2013
# 15:29

Mətbuatda "Bizim yol” qəzetinin əməkdaşı Gülər Mehdizadənin Azərbaycan Yazıçılar Birliyini (AYB) məhkəməyə verməsi barədə məlumat yayılıb.

Gülər Mehdizadə isə Kulis.Az-a verdiyi açıqlamada bildirib ki, bu xəbər yeni deyil, iş 2 ilə yaxındır məhkəmədədir: “Mən AYB-yə dövlət büdcəsindən ayrılan vəsaitin hara xərclənməsi ilə bağlı informasiya sorğusu göndərmişdim. Cavab verməmişdilər. Sonra Səbayel Rayon Məhkəməsi qərar çıxardı ki, informasiya sorğusuna cavab verilməlidir. Çingiz Abdullayev guya mənə cavab göndərdi. Ancaq məktubda büdcədən ayrılan bir milyon manatın hara xərclənməsi ilə bağlı heç nə yazılmamışdı. Məhkəmə də bunu cavab hesab edib işi bağladı”.

Gülər Mehdizadə deyib ki, onlar bu dəfə informasiya sorğusuna verilən cavabın qanunsuz hesab olunması, informasiya sorğusunda göstərilən məlumatların verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə iddia ərizəsi veriblər: “Həmin işlə bağlı sabah saat 11-də Səbayel rayon Məhkəməsində hazırlıq iclası olacaq. Hakim isə bəzi saytlarda yazıldığı kimi Rəşad yox, Elşad Şamoyevdir”.

# 1925 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #