Bred Pitt-Ancelina Coli məhkəməsi: Kim uduzub?

Ancelina Coli, Bred Pitt

Ancelina Coli, Bred Pitt

29 oktyabr 2021
# 12:01

Kaliforniya Ali Məhkəməsi məşhur Hollivud aktyoru Bred Pittin davam edən uşaq qəyyumluğu ilə bağlı şikayətini rədd edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, payızın əvvəlində sənətçinin vəkilləri övladlarının qəyyumluq məsələsinə yenidən baxılmasını tələb ediblər. İyul ayında apellyasiya məhkəməsi aktrisa, Pittin keçmiş həyat yoldaşı Ancelina Colini altı uşağın yeganə qəyyumu statusu verib.

Pittin vəkilləri iş üzərində işləməyə davam edəcəklərini, bunun üçün müstəqil ekspertləri cəlb edəcəklərini bildiriblər.

# 2383 dəfə oxunub

Müəllifin son yazıları

# # #