Venesiya kinofestivalı “Berdman”la açılacaq

Venesiya kinofestivalı “Berdman”la açılacaq
14 iyul 2014
# 13:53

71-ci Venesiya kinofestivalı 27 avqust, 6 sentyabr tarixlərində keçiriləcək. Kulis.Azın məlumatına görə festival meksikalı rejissor Alexandro Qonsales İnyarittunun “Berdmen” qara komediyası ilə açılacaq.

Bu film əsas müsabiqədə də “Qızıl şir” uğrunda mübarizə aparacaq.

Filmdə əsas rolları Maykl Kiton, Naomi Uotts, Emma Stoun, Edvard Norton oynayır. Filmin süjeti nə zamansa super qəhrəman Berdmeni oynayan, indi isə Brodveydə pyes qoymaq istəyən aktyor haqdadır.

İnyarittu ”Qancıq sevgi”, “Babil”, “21 qram” filmlərinin müəllifidir.

Jürinin sədri, “Arqo”, “Kral danışır” filmlərinin bəstəkarı Aleksandr Depladır. Festivalı “Horizontlar” proqramının sədri, honkonqlu rejissor Enn Hueyin “Qızıl era” filmi qapadacaq.

# 1190 dəfə oxunub

Müəllifin son yazıları

# # #