Elzadan yeni şeir: “Mən dəlini...”

Elzadan yeni şeir: <span style="color:red;">“Mən dəlini...”
28 iyul 2015
# 10:51

Elza Seyidcahan

Mən dəlinin rəssamı

Ən çox sevdiyim rəssam

Məni yaradıb da.

Mən hansı rəssamın işinə baxım?

Aradı mda.

Gözəlliklər yaradan tanrım

Səni yaradıb da.

Mən sən rəssama necə baxım?

Onu yaradıb da.

Səttarı, Leonardonu, Dalini,

Mən dəlini, Sara Gəlini,

Suya batırıb,

Göyə aparıb,

Yaşadıb da.

Mən hansı şəklə baxım?

Bəstəkarım,

Rəssamım,

Dahi şairim,

Tanrım

Bizi yaradıb da.

Nə olar

Diqqətli olun da!

Siz də, mənim kimi,

Valeh olun da.

Həzrəti İsa kimi,

Saleh olun da.

Müqəddəslər kimi

Müdrik olun da.

Mənim atam kimi

İtkin bir

Taleh olun da.

Leyli Məcnun kimi

Aşiq olun da

Onun özü kimi

Mahir olun da

Müəllimim kimi

Ustad olun da.

Olun da

Ölün də

Sadiq olun da!

Bir parçalanmamış

Tarix olun da.

Biz insan olanda

Gözəllik olur da...

Hər yanda

O anda

İçimizə atanda,

Tanrı onu duyanda,

Bizdə baş verən anda,

Abşeronda, Turanda,

Məşəl yanır Sənanda,

Sülh var, olur hər yanda.

Bax, hər yeri yaradıb da

Kainatı yaradanda

O, çoxunu aparıb da.

O, bizləri aparardı?

O, onları aparıb da.

Bir gün bizi aparanda,

Çox istərdik, oturardıq

O yanda,

Bu yanda,

İstədiyimiz hər yanda

Allah bizi yaradıb da!

# 1133 dəfə oxunub

Müəllifin son yazıları

# # #