Məşhur aparıcı Obamanı homoseksual adlandırdı

Məşhur aparıcı Obamanı homoseksual adlandırdı
8 iyul 2014
# 11:12

Amerikanın tanınmış teleaparıcılarından biri, 81 yaşlı aktrisa Coan Riverz müsahibəsində Barak Obamanı homoseksual, Mişel Obamanı isə transseksual adlandırıb.

Bu gözlənilməz fikir heç kəsi təəccübləndirməyib. Riverz özünün qalmaqallı davranışları ilə tanınır, o, tez- tez ekssentrik hərəkətlər edir və bir mənalı olmayan fikirlər səsləndirir.

Riverz təhqiramiz fikirlərinə görə üzr istəməyib, hətta Mişel Obamaya transseksual deməklə ona kompliment etdiyini deyib: “O, çox cazibədardır, hündür boyu, gözəl bədəni və iri sifəti var. Ən gözəl qadınlar transseksuallardır.”

Obamalar buna münasibət bildirməyib. Çoxlarının fikrincə bu Riverz üçün piar ola bilər, çünki onun şəxsiyyəti çoxdandır ki, kölgədə qalıb.

Riverz proqramlarında da insanları təhqir etməsi ilə tanınıb. O, hətta uşaqları da təhqir edir. Yaxınlarda Kim Kardaşyanla Kanye Uestin uşağını “eybəcər” adlandırıb.

Tvitterdə çoxları, Riverzin Obamayla bağlı həddini aşdığını yazıb.

# 2340 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #