Hyustonun ailəsindən ETİRAZ

Hyustonun ailəsindən ETİRAZ
29 may 2014
# 12:06

ABŞ-ın “Lifetime” kanalı Uitni Hyuston haqda televiziya filmi çəkməyi planlaşdırdığını bəyan edib.

Müğənninin ailəsi isə telefilmin çəkiləcəyi təqdirdə telekompaniyanı məhkəməyə verəcəyini deyib.

Qohumlarının fikrincə, müğənni kabel televiziyasında göstəriləcək bir telefilmdən daha artığına layiqdir.

Telekanal bir müddət əvvəl Hyustonun həyatı haqda film çəkmək planı olduğunu demişdi.

Baş rolda Anjela Bassetin oynadığı film 2015-ci ildə efirə çıxmalıdır.

Hyustonun ailəsi bildirib ki, müğənnidən özləri film çəkmək niyyətindədirlər.

Onun qohumlarından biri deyib ki, müğənni sağ olsaydı, haqqında televiziya filmi çəkməyə razılaşmazdı.

# 2025 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #