“Komandir” romanının növbəti təqdimatı olacaq

“Komandir” romanının növbəti təqdimatı olacaq
21 may 2019
# 10:29

Mayın 25-i saat 15-17 arası Kitabevim.az kitab mağazasında (“28 May” metrostansiyası yaxınlığı) Şərif Ağayarın “Komandir” romanının növbəti təqdimatı və imza mərasimi keçiriləcək.

Kulis.azın verdiyi xəbərə görə, əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucovun həyat və fəaliyyətinə həsr olunmuş kitabın təqdimat mərasimində romana prototip kimi daxil olmuş kəşfiyyatçılar, hərbçilər, komandirin yaxınları, yazıçılar və media nümayəndələri iştirak edəcək.

Xatırladaq ki, kitab tədbir iştirakçılarına hədiyyə olunacaq.

Maraqlananlar dəvətlidir.

# 1992 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #